Rumıniya İsraildəki səfirliyini Qüdsə köçürür

Rumıniyanın İsrailin Tel-Əviv şəhərindəki səfirliyi Qüdsə  köçürüləcək. RİA "Novosti xəbər verir ki, bunu bazar günü ölkənin baş naziri Viorika Dançile deyib.

"Bu gün Amerika - İsrail İctimai Münasibətlər Komitəsi auditoriyası qarşısında açıqlayıram ki, ölkəmizdə qərar qəbuletmə prosesində iştirak edən bütün konstitusiya subyektləri tərəfindən təhlil edildikdən sonra, tam razılıqla, mən, Rumıniyanın baş naziri və hökumət başçısı olaraq, Rumıniya səfirliyini Qüdsə  köçürəcəyik", - deyə Rumıniya hökumətinin mətbuat xidməti baş nazirin sözlərini sitat gətirib.

Beləliklə, Rumıniya hökuməti də sionist İsrailin rejiminin yanında yer alaraq İslam aləmini qarşısına alan qərar verdi. Bununla  Rumıniya hökuməti müsəlmanlara qarşı dost münasibət bəsləmədiyini ortaya qoydu.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar