Goranboyda 2 yaşlı uşağın üzərinə qaynar su dağılıb

Goranboy rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb."Report"un Qərb bürosunun məlumatına görə, 2 yaşlı yerli sakin Zəhra Bəşirzadə yaşadığı evdə ehtiyatsızlıqdan içərisində qaynar su olan qabı üzərinə aşırıb.

Nəticədə yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən ona I və II dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar