Tramp Qazaxıstana məktub yazdı

ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Qasım Jomart Tokayevi vəzifəyə gəlməsi münasibəti ilə təbrik edib. Virtualaz.org bildirir ki, məlumatı Qazaxıstanın Prezident Administrasiyası yayıb.

Məlumata görə, Tramp göndərdiyi məktubda ölkənin ilk prezidenti Nursultan Nazarbayevlə əməkdaşlığı yüksək qiymətləndirərək Tokayevlə də səmərəli münasibətləri inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.

Novruz bayramı münasibəti ilə Qazaxıstan xalqını təbrik edən Tramp ABŞ xalqının və iş dünyasının Qazaxıstanla iqtisadi işbirliyini genişləndirmək üçün yeni sahələr axtarışında olduğunu bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar