"KÖHNƏ KOMANDA PREZİDENTƏ TƏKİDLƏ BİLDİRDİ Kİ..." - Ekspertdən ŞOK iddialar

"Təxminən 800 min adam indi verginin necə ödənildiyini bilmir"

"Təxminən ötən ilin yayında vergi qanunvericiliyinə dəyişikliklər barədə rəsmi bəyanatlar verildi. Köklü dəyişikliklər gözlənilirdi, lakin onlar kiçik və orta biznesin gözlədiyi şəkildə baş vermədi. Köhnə qvardiya prezidentdən təkidlə xahiş edirdi ki, yeni sadə və effektiv vergi sistemini tətbiq etməsin"

"AzPolitika.info"-nun məlumatına görə, bunları iqtisadçı ekspert Natiq Cəfərli astna.biz saytı üçün yazdığı məqaləsində iddia edib.

Ekspert daha sonra qeyd edib ki, onun KİV və sosial şəbəkələr vasitəsilə təklif etdiyi və hökumətə yeni gətirilmiş gənc nazirlərin bəziləri tərəfindən dəstəklənən vergi islahatları layihəsi qəbul olunub: "Lakin tanınmaz dərəcədə təhrif edildi. Burada məqsəd belə idi - biznesin məmurların asılılığından azad olunmasına imkan verməmək. Yeni vergilər naziri M.Cabbarov özünün sonuncu müsahibəsində bildirmişdi ki, həmin dəyişikliklər layihəsi sadələşdirilməli, adamların anlaya biləcəyi aydın şəkildə yazılmalıdır. Ancaq sənəd artıq qəbul olunub, Prezident onu imzalayıb, qüvvəyə minib. Fevral ayında isə biznesmenlər deyirdilər ki, vergi qanunvericiliyi acınacaqlı vəziyyətdədir, onunla işləmək mümkün deyil. Və bu, doğrudan da belədir. Təxminən 800 min adam indi verginin necə ödənildiyini bilmir".

Natiq Cəfərlinin sözlərinə görə, məhz köhnə komanda vergi qanunvericiliyində mütərəqqi dəyişikliklərin qəbul edilməsinə imkan verməyib: "Əgər birinci versiyada qəbul edilsəydi, bu gün keçmiş postsovet respublikaları arasında Azərbaycanda ən proqressiv vergi sistemi olardı, hətta Gürcüstanda olduğundan yaxşı. Gürcüstanda gəlir vergisi 20% təşkil edir, bu, yüksək rəqəmdir. Doğrudur, M.Cabbarov və onun komandası ehtiyat edirdi ki, ilk 6 ayda və ya 1 il ərzində vergilərin miqdarı azala bilər. Bəli, belə ehtimal var idi, ancaq hesab edirəm ki, bundan qorxmaq lazım deyil.

Əgər hər şey sistemləşdirilsə, Prezident İlham Əliyevin dəstəyi ilə bir il davam gətirmək mümkün olsa, 2020-ci ildə vergilərin həcmi 30-40% artacaq. Əgər indi 7 mlrd. dollar təşkil edirsə, bir ildən sonra rahat şəkildə 10 mlrd.-a bərabər olardı.

Amma bu, nəsib olmadı. Prezidentə bildirdilər ki, vergi yığımının həcmində təxminən 3 mlrd. manat azalma olacaq, nəticədə isə biznes məmurlardan asılı olmayaraq inkişaf edə bilərdi".

Elman

AzPolitika.info

635x100

Şərhlər

C.D.-yə 2019-03-25 11:30:24

Tədqiqatlar Mərkəzinin ciddi bir iş görəcəyinə inamınız varmı? Məncə bu bəzi yaxın adamlara işş yeri,maaş düzəltmək üçün yaradılan lazımsız qurumdur.Çünki o qədər Elmi institutlar,Elmlər Akademiyası var ki, 30 ildə bir dənə də olsa fundamental tədqiqat.,ciddi bir nəticəyə nail olmayıblar.Yeni quruma nə ehtiyac? Mövcud sistemdən indiki halda nəsə millət üçün faydal bir qərar gözləmək cahillikdir! Talan,yeyinti,rüşvət şüarı olan hakimiyyətdən irəliləyiş gözləmək avamlıqdır.

seymur 2019-03-25 11:30:24

oz adimdi

Cəmşid Dərələyəzli 2019-03-25 11:30:24

Vətəndaşa (çox arzu edərdim ki hər kəs verdiyi bu şərhlərdə öz adı ilə çıxış edərdi.) Qaldı ki, bu şərhləri oxuyacaq bir yetgilinin olmasına, sanıram bu şərhlərdən doğan fikirləri Cənab Prezidentin bu ilin Yanvar ayında yaratmış olduğu Sosial Tədqiqatlar Mərkəzi nəhayyətdə məşqul olar. İnşallah...

Vətəndaş 2019-03-25 11:30:24

Görəsən bu kommentariləri oxuyub düşünən bir yetkili şəxs var?Axı bu komentarilərin çoxu həqiqəti əks etdirir və bunları bilmək yetkiliyə,hətta Prezidentə işində fayda verər.Milləti nə qədər əzmək olar?

Veten dashı 2019-03-25 11:30:24

Gömrüyü düzəldin,yalannan görüntü yaratmayın ağalar.Gömrük rüsumun azaldın ,ƏDV-ni azaldın.Qoy hər kəs düzgün gömrük və vergi sistemindən istifadə etsin.Nə gəlsə dövlətin büdcəsinə gəlsin,bir bölük yaramazın cibinə yox.Bir yaramazı o birisi ilə əvəz etmək yox, yeni təfəkkür, yeni düşüncə gəlməsi lazım .Bu üfunət qöxusu verənlərdən xilas edin bu milləti cənab Prezident.Ey sevgili MİLLƏT ey ulu XALQ qaragüruhçulara,qisasçılara qoşulma Qarabağ boyda yaramız var unutmayaq Qardaşlar ,Bacılar.

seymur 2019-03-25 11:30:24

bu habci qobcular hele basha dushmeyibler Respublikani idare eden dahi shexsiyet Ramiz Mehdiyevdi qedin yixilin ayaqina uzr isteyin nece illerdi basib yeyirsiniz havayi pullari .Dahi odur fenomen kol koz ona meydan oxuya bilmez.ay bedbextler qormemishler nankorlar qedeshler ruskoyazicni cushkalar.Respublikani idareetmek sizin cun hotel restoran deil qedin yixilin ayaqina o bir dahidir heyifki onunla hecvaxt qorushmedim cox heyif tarixi shexsiyyetdir

vergi ödəyicisi 2019-03-25 11:30:24

Yaxşı olardı ki cənab nazir illərlə yoxlanılıb başa çatmayan səyyar vergi yoxlamaları ilə maraqlansın,niyə yoxlamanı başa catdıra bilmirlər.səbəb nədir.

EJDER 2019-03-25 11:30:24

HESAB EDIREM KI,BIZIM BU ANALOQU OLMAYAN OLKEMIZIN INKIWAFINDAN BEZENLERIN SAYI GETDIKCE ARTIR...BU QOCALARIN NAQILI QURTARMAQ BILMIR...GOZLERIDE DOYMUR,SAQ YEMESINLER...SISTEM ...SISTEMDI..... NE SE DANIWASI DEYIL

S.Ənvərqızı 2019-03-25 11:30:24

Ölkəmizdə"kiçik padşahların"sözləri,Qanundan qat-qat güclüdür, məmur yoldaşları tərəfindən deyilən qanunsuz iradlar dəstəklənir, xalqımızın layiqli övladları isə onların qanunsuz əməlləri ucbatından əzab içində yaşayırlar.Rabitə Nazirliyinin qanunsuz əməllərindən PA,NK,MM-ə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi və qanunlarımız işlək vəziyyətində olmadığından qanunsuz cavab verməkdən kəçinmirlər ?

Vəkil 2019-03-25 11:30:24

V N-naziri olmaq uçun 10 illerle orada işlemek,çalişmaq butun saheleri öyrenmek lazimidi çox tessuf ki yeni nazir sahibkarlari yigib topalamir,onlarin derdini soruşmur,ancaq özune serf etdiyi kimi qaldirir ve bu sahibkarligin kökunu kesmekle meşquldur baxin butun biznes can verir banklar kreditin% artirir vergi artirir qazanc da yoxa çixir buna kim cavab verecek?

Şəki Bazarın Səhmdarı 2019-03-25 11:30:24

Uzun müddətdir ki, Şəki-Bazar ASC-i necə vergi ödəcəyini bilmir,beləki nəzarət olmadığından gündəlik yığılan xidmət pullarının 10 %-i vergiyə cəlb edilir, qalan 90%-isə vergidən yayınaraq mənimsənilir,bu qanunsuzluğa Vergi Əməkdaşları tərəfindən göz yumulur.Qanunsuzluqların yaranmasına şərait yaradanlar Şəki-Bazar ASC-nin direktor vəzifəsinə "Mollalıqla" məşğul olan şəxsi, Baş mühasib vəzifəsinə isə "Dəmirçiliklə" məşğul olan şəxsi təyin edənlərdir ? Şəki Bazarında Vüegidən yayınmanın qarşısını almaq üçün

Coker 2019-03-25 11:30:24

Gəlir vergisi 14 faiz çoxdur.heç olmasa 500.-600 man maaş alanlarin gəlir vetgisi azalmalıdır.NİYƏ də sosial sığorta haqqini 3 faizdən 5 faizə qaldirmaqla gəlir verğisini 14 faizdən 5 faizə endirməklə işəgöturənin 22 faiz 20 faizə endiriməsin.bu daha ədalətli olar

Cəmşid Dərələyəzli 2019-03-25 11:30:24

Beynəlxalq təcrübəyə malik bir maliyyəçi və baş mühasib olaraq, cənab Mikayıl Cabbarov 2017-ci ilin dekabr ayının əvvəlində Nazir təyin olunandan dərhal sonra, dekabrın axırında elektron poçtuna bir məktub göndərdim ki, məni qəbul edin. Həmin gün Nazirlikdən günün sonunda bizə zəng olundu dedilər fikiriniz nədir. Dedim fikirimi yalnız cənab Nazirə anladacam. Beş gün krçdi bir də zəng olundu və məni nazirliyə dəvət etdilər. Mən yenə israrla əgər nazir məni qəbul edəcəksə gələrəm dedim. 3 gün keçdi evə teleqaramma gəldi ki, siz nazirliyə dəvət olunursunuz. Bu rəsmi dəvətdən sonra mən getdim. Əvvəlcədən vegi islahatları ilə bağlı təxminən 16 təklif və onların həlli yollarını hazırlamışdım və bu təkilflər paketini də özümlə götürmüşdüm. Nazirlikdə İki şöbənin in rəhbəri, nazirin göstərişi ilə məni qəbul edəcəklərini bildirdilər. Çəkiliş altında iki saata yaxən söhbətimiz oldu. Sonda mən təkliflərimi rəsmi olaraq da təqdim etdim . Təssüfki, bu fikirlərlə bağlı xahiş etsəm də, 2018-ci ilin yanvarında Nazirlikdə keçirilən tədbirə qatılmamı saxlamadılar və dedilər ki, sizdən əvvəl iştirakçıların hissəsi dolmuşdur. Həmin Konfransda ytenə Ziyaz Səmədzadələrin qatqısı saxlanıldı və sonradan oların çıxışları əhali tərəfindən (xüsusən də fermerlər) çox böyük təbgi çəkdi. Bəli vergi məcəlləsində səhv etmirəmsə 320 maddədə dəyişiliklər oldu və özü də yuxarıda ekspertin də dediyi kimi çox mürəkkəb formada yən hər vergi ödəyicinin başa düşə bilməyəcəyi şəkildə. Nəticəsi də göz qabağında. Əslində mən təkliflərimdə ( heç də hamısına toxunmaq istəmirəm) bəzi əsas vergi növləri üzrə vergi dərəcələrinin köklü azaldılmasını tövsiyyə etmişdim və onu da əsaslandırmışdım. O vergilər ki, uzun illər ərzində ölkədə ikili uçotun formalaşmasına və bununlada rüşvətin çiçəklənməsinə zəmin olmuşlar. Təkliflərimdən biri də qeyri dövlət sferasında məhz uçotun yenidən qurulması üçün, iri vergi ödəyicilərinə uçot aministisiyasının verilməsi idi. Hansı ki, ölkədə Mühasibat Uçotu Haqqında Qanunun icrasına məsul olan Maliyyə Nazirliyinin müavinlərindən biri, Milli Məclisin İqtisadi Siyasət komissiyasında çıxış edərkən bildirmişdir ki, qeyri dövıət sektorunda bu uçotun qurulması üçün ölkədə ən azı 11000 baş müahsibə ehtiyac var. Təssüfki, yeni vergi dəyişikliyində buda nəzərə alınmadı. Əksinə, illərlə təşkilatlarda yığılıb qalmış və şirkətlərin vergi bəyannəmlərində də də öz əksini tapmış mal qalığı barədə 2018-ci ilin yarısında əksər təşkilatlara böyük məbıləğlərdə sərəncamlar vuruldu. Buna etiraz edənləri isə Bir başa Vergilər nazirliyində yaradılmış qrupa dəvət edib, bir zad onların mal qalıqlarını yenidən öz imzaları ilə bir daha rəsmiləşdirib, özlərini də qoyulan sərəncamlara görə çağrtdırdılar vergi istintaqına. Bununla da iri vergi ödəyicilərinə böyük zərbə vuruldu. Hansı ki, Fazil Məmmədovin dövründə hər il dövryədən 6-10 % arası onlardan vergi alınmışdır. Şirkətlərdə mövcud “baş mühasiblərin” yarıtmazlıqlarından isə bu alışlar uçotda öz əksini təyinat kodunda tapmamışdır. Digər yuxarıdaki müsahibədə qeyd olunan fikirlədə razılaşıram ki, neçəki ölkənin biznes sferasında dövlət məmurlarının xüsusi çəkisi ağırlıq təşkil edəcək, Cənab Prezidenti n ölkədə qeyri neft sektorunun inkişafı ilə bağlı qarşıya qoymuş olduğu hədəflərə ulaşmaq zaman aparacaq. Bu isə bir başa ölkə başçısının gördüyü binca işlərə kölgə düşürmək deməkdir.

t.ədalət 2019-03-25 11:30:24

.... arvadının erməni olduğu deyilir.Kamran müəllim də bizim ölkənin əqli mülkiyyət agentliyinin sədridir.Bu ermənilərin barmaq uzatmadığı sahəmiz qalmayıb.erməni qoxusu gələn yerdə inkişaf barədə düşünmək nadanlıqdır.Ərazilərimiz kimi vəzifələri də işğal ediblər..

Rəhimə 2019-03-25 11:30:24

Cabbarov təmiz adam ola bilərdi.Ancaq təhsildəki onun bərbad nəticələri və indi də anlamadığı vergi sistemində baş verənlərn bunun əksi olduğunu sübut edir.Bir sahəni idarə etmək üçün bu sahənin mütəxəssisi olmalı və düşüncən və arzun təmiz olmalıdır.Ətrafını düşünərək,tələsməyərək yararlı kadrlarla möhkəmləndirməlisən.Qohum,qardaş,tanış,sifarişlə formalaşan qurum heç zaman inkişaf edə bilməz!

Iş adami 2019-03-25 11:30:24

Natiq Çəfərli VN-nin mətbuat katibi kimi danışır.Nə köhnə komanda,nə yeni komanda?M.Cabbarov məgər 2000-ci illrədən İqtisadiyyat nazirinin müavini,İçəri şəhər qoruğunun rəhbəri,5 il təhsil naziri işləməyib?N.Cəfərlini ekspert kimi təqdim edirsiz.Ekspert konkret sahə üzrə mütəxəss olur.Cənab N.Cəfərlinin hansı sahələrdə çaıışdığını,iş stajını yazın,onda necə ekspert olduğu bilinər.VM-nə dəyişikliklərin 99% VN-dən gedib,102,106-cı maddələrdəki "güzəştlər" adamda açı gülüş doğurur.İndi isə kənar günahkar axtar

Rəhim 2019-03-25 11:30:24

Talançıları,millətin pulunu oğurlayanları işdən çıxaranda heç olmasa Cabbarov kimisini işə qoymaq lazımdır. İndiki talançıların arasında işləmək nə qədər çətin olsa da o bacardığını edir və təmiz adamdır. Qoca qurdlar onu da yoldan çıxarmasalar.

Son yazılar