İranın 13 vilayətində təbii fəlakət baş verib

İranda sel ciddi fəsadlar törədib.

ONA-nın Tehran bürosunun məlumatına görə, Şirazda onlarla avtomobil sel sularının altında qalıb, bir neçə nəfər itkin düşüb.

Lorestan vilayətində də daşqınlar fəsadlar törədib.

Bildirilir ki, bir sutkada İranın 13 vilayəti güclü qar, çovğun və daşqın fəlakətləri ilə üzləşib.

İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib ki, bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.

Fars əyalətinin başçısı Şiraz şəhər əhalisinə müraciət edib və insanları evlərindən çölə çıxmamağa çağırıb.

Hələlik Şirazda baş verən seldə ölən və xəsarət alanların sayı dəqiqləşdirilməyib.

İranın Əndimeşk şəhər başçısı bu şəhərdə çay qırağında olan əhalini evlərini boşaltmağa çağırıb. Əhalinin ərazidən təxliyə edilməsini tezləşdirmək üçün aidiyyatı qurumlara müraciət edib.

Xatırladaq ki, Şirazla yanaşı, Luristan və Kermanşahda da analoji təbii fəlakət baş verib. Xuzistan, Tehran və başqa əyalətlərdə də sel təhlükəsinin yüksək olduğu bildilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar