Şoumen Zelenski rəqiblərini əzə-əzə irəliləyir - NAMİZƏDLƏRİN REYTİNQİ

Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırki prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.

Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.

635x100

Şərhlər

yalçın 2019-03-25 16:18:17

vısotski demiş: kruqom odni yevrei..

Son yazılar