“Bütün ölkədə qeyri-iş günüdür, biz niyə işləməliyik?” – BŞİH əməkdaşlarını sabahdan işə çağırıb

Ölkədə Novruz bayramı ilə əlaqədar bir həftəlik tətil martın 27-də bitsə də, Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri və tabeli qurumlarda çalışanlar sabahdan – martın 26-dan işə çağırılıblar.

Bu barədə “AzPolitika”ya BŞİH-in tabeli qurumunda çalışan mənbə bildirib. O, şikayətlənib ki, rəhbərliyin bu qərarı ölkə qanunvericiliyinə zidd olmaqla yanaşı onların hüquqlarının pozulmasıdır. “Niyə bütün ölkə istirahətini davam etdirməlidir, biz isə artıq işə çıxmalıyıq” – məbnə narazılığını bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 23 və 24 mart şənbə və bazar günü, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 25 və 26 mart qeyri-iş günü elan olunub.

635x100

Şərhlər

махмудов елман 2019-03-25 17:17:29

Ay yaziglar sizin isiniz hala istirahatdida guya isa cixib is gorursuz

[email protected] 2019-03-25 17:17:29

Admine! Niye sizlara unvanlanan mektublari olduqu kimi darc etmirsiniz? Siza malumat verik ki,Balaxani Masinqayirma zavodun reberliyi Nazirlar Kabinatinin qararini pozaraq

[email protected] 2019-03-25 17:17:29

Cənab prezidentin və Nazirlər Kabinetinin qanun və qərarlarını saymayan dövlət qurumlarından biri də Balaxanı Maşınqayırma zavodudur.Zavodun rəhbərliyinin adından zavod fəhlələrinə xüsusi xəbərdarlıq edilib ki,kim 25-26 matr işə çıxmasa aylıq əmək haqqısından ikiqat pul tutulacaq.Biz Fəhlələr də bu gün yəni 26 mart tarixində işə çıxmışıq.Onda bəs biz neyləyək?Aldığımız məvacib heç çörək puluna çatmır. Hörmətli Admin Sizdən dönə-dönə xahiş edirik ki,dərdimizə şərik olasınız.

Helime 2019-03-25 17:17:29

Men parlamente teklif ederdim ki, Novruz bayramini 20-21 mart qeyd edek, bitsin. Qalan 4-5 gunu mayin 28- zi ile birleshdirsinler. Chunki, martda tebiet solgundur, ne yashilliq var, ne isti hava. Mayda ise, hem hava mulayimdir, hem her yer gul- chichek achir.

Son yazılar