WBC türkiyəli boksçunun şikayətinə müsbət cavab verib
Baxiş sayı:
Dərc olunub:
25/03/2019 - 20:31
Dünya Boks Şurasının (WBC) türkiyəli Avni Yıldırımın şikayətinə müsbət cavab verib.
“Report” “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, bu barədə qurumun prezidenti Maurisio Süleyman İstanbulda təşkil etdiyi mətbuat konfransında bildirib. O, A.Yıldırımla ABŞ boksçusu Entoni Dirrell arasında döyüşün təkrar keçiriləcəyini, ilk görüşdəki nəticənin ləğv edildiyini söyləyib.
Döyüşün yeri və vaxtı barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, A.Yıldırım və E.Dirrell arasında super orta ağır çəkidə çempionluq döyüşü qələbə ABŞ idmançısına verilib. Türkiyəli boksçu hakimlərin ədalətsiz qərarı ilə üzləşdiyi üçün WBC-yə şikayət edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.