Azərbaycan Belarusdan yeni hərbi kompleks alıb

Azərbaycan Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksi alıb. “AzeriDefence” bildirir ki, silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.

Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, “Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.

Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir.

Qeyd edək ki, “Lektor” kompleksi ilk dəfə fevral ayında Əbu-Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb.

635x100

Şərhlər

EJDER 2019-03-25 20:30:53

SAQ OL ,BATYA...PUL LAZIM OLSA,VIZOB AT...BRAVO,MOLODES

Son yazılar