Avropa İttifaqı “Brexit”lə bağlı hazırlıq işlərini başa çatdırıb

Dərc olunub: 25/03/2019 - 21:35

avropa-birliyi-bayragiAvropa İttifaqı (Aİ) Böyük Britaniyanın bu il aprelin 12-də təşkilatın tərkibindən mümkün çıxması ilə bağlı hazırlıq işlərini başa çatdırıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib.

“Böyük ehtimalla Birləşmiş Krallıq aprelin 12-də razılıq olmadan Avropa İttifaqını tərk edəcək. Avropa Komissiyası martın 25-də “sərt Brexit” ssenarsi üzrərində işləri başa çatdırıb”, – komissyanın açıqlamasına vurğulanıb.

Qeyd edək ki, İcmalar Palatası yanvarın 15-də və martın 12-də Baş nazir Tereza Meyin hazırladığı layihəni təsdiqləməyib.








loading...


Fikrinizi bildirin