Süd və süd məhsulları alarkən diqqətli olun - Qida Təhlükəsizliyi Agentliyi

Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır.

Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.

Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:

– istehsalçı müəssisənin adı və ünvanı,

– məhsulun adı;

– yağın kütlə payı;

– əmtəə nişanı;

– məhsulun xalis çəkisi;

– istifadə tarixi;

– tərkibi;

– istifadə edilməsi barədə məlumatlar;

– saxlanılma müddəti və şəraiti;

– standartın nömrəsi və s.

Süd məhsullarının qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti istehsalçı tərəfindən paketin üzərində əks olunmalıdır. Süd tez xarab olan məhsullara daxil olduğu üçün istehlak ediləcək miqdarda alınmalıdır. Alındıqdan sonra isə ən qısa müddətdə soyuducuya yerləşdirilməlidir. Saxlama müddəti keçmiş süd məhsullarının istifadəsi sağlamlıq üçün təhlükəlidir.

Onu da bilmək lazımdır ki, saxlanılma şəraitinin və müddətinin pozulması süd və süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir.

635x100

Şərhlər

Veteran-a 2019-03-25 22:10:44

Sizinlə tam razıyam. Fikrimcə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasında məqsəd süd və süd məhsullarının eləcədə digər ərzaq məhsullarının keyfiyyət göstəricilərinə nəzarət edilməsi və keyfiyyət göstəriciləri aşağı olan məhsulları əhaliyə satmaq istəyən marketlərə elə böyük maliyyə cərmələri tətbiq etməlidirlər ki digər marketlər bu işlərə qol qoymağı ağıllarına da gətirməsinlər. Bu cərimələr barədə vaxtaşırı mediada deyilməlidir. Necə ki bunu qardaş Türküyədə edirlər. Yoxsa sadaladığınız keyfiyyətlərə əhali baxacaqsa onda Qida Təhlükəsizliyi Agentliyi kimə lazımdır?

Veteran 2019-03-25 22:10:44

Men bir weyi anlaya bilmedim, muwteri erazisi 1500-2000 kv.m olan bir hipermarkete o umudle gedir ki, burada her weyin teze olmasa esla wubhesizdir. Indi muwteri her defe aldigi sud ve sud mehsullarinin ustunde ; – istehsalçı müəssisənin adı və ünvanı, – məhsulun adı; – yağın kütlə payı; – əmtəə nişanı; – məhsulun xalis çəkisi; – istifadə tarixi; – tərkibi; – istifadə edilməsi barədə məlumatlar; – saxlanılma müddəti və şəraiti; – standartın nömrəsi və s. oxumalidir?! Yaxwi onda bes siz ne iwle mewgulsuz?

Son yazılar