"Real" Mbappeyə görə 280 milyon avro verməyə hazırdır

 

Madridin "Real" klubu Parisin "PSJ" klubunun hücumçusu Kilian Mbappeni almaq üçün səylərini davam etdirir.

Trend-in "France Football"a istinadla verdiyi məlumata görə, klub yaxın zamanda hücumçunun transferi üzrə fəal danışıqlara başlamaq və 280 milyon avro təklif etmək niyyətindədir.

K.Mbappenin "Real"a transferini həm klubun prezidenti Florentino Peres, həm də məşqçisi Zinəddin Zidan istəyir.

Bildirilir ki, K.Mbappe "Real"ın bu mövsüm əsas transfer məqsədidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar