“Türk təyyarələri helikopterimin uçuşuna mane oldu” – Yunanıstanın baş naziri

Dərc olunub: 25/03/2019 - 23:40

7d82f4d97363e389f4daf541cd7d73a7Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələrin Egey dənizindəki adalarda Yunanıstanın müstəqilliyinin ildönümü münasibətilə keçirilən tədbirlərə qatılmasına mane olmağa cəhd etdiyini iddia edib.

ONA Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş nazir Türk Ordusuna məxsus “F-16”ların onun istifadə etdiyi helikopterin hərəkətinə maneə yaratdığını deyib.

Türkiyə təhlükəsizlik orqanları isə bu iddianı təkzib edib. Yayılan məlumatda bildirilib ki, “F-16”lar normal uçuş yerinə yetirib. Baş nazirin helikopterinin uçuşunu əngəllmək cəhdi olmayıb: “Hava sərhədlərimizi pozan qırıcılara Yunanıstan təyyarələri müdaxilə edənə qədər bizim təyyarələrimiz alçaqdan uçuş həyata keçirib”.








loading...


Fikrinizi bildirin