"İSTƏYİRLƏR Kİ, İKİNCİ VİTSE-PREZİDENT NAXÇIVANDAN OLSUN" - "Açıq söhbət olub ki..."

"Açıq söhbət olub ki, sən biznesi buraxsan, ardınca heç nəyi yığıb-yığışdıra bilməyəcəksən"

"2016-cı ildə birinci vitse-prezident təyin olunanda, ən çox tənqid olunanlardan biri mən idim, çünki müsahibəni oxumadan hamı bir cümlədən tutub "niyə də yox" söhbətinə görə məni tənqid edirdi. Amma cümlə bundan ibarət idi ki, əgər bu təyinat hakim elitanın parçalanmasına, çalxalanmasına və yaxud da qarşıdurmasına səbəb olacaqsa, de-fakto olanın de-yure rəsmiləşdirilməsinin bir problemi yoxdur, niyə də yox, bu problem qoy şişsin. İndi görünən odur ki, o zamandan bəri bu problemlərin şişməsi baş verdi və loyallığın baha olduğu üzə çıxdı."

“AzPolitika.info”-nun məlumatına görə, bunları iqtisadçı ekspert, Real Partiyasının rəhbərlərindən olan Natiq Cəfərli astna.biz saytı üçün yazdığı məqaləsində iddia edib.

Natiq Cəfərlinin sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar nətcəsində "köhnə qvardiya" hər şeyi itirmək təhlükəsi ilə üzləşdiyindən, müqavimət göstərir: "Azərbaycanda hamımız bilirik ki, hakimiyyətin, kreslonun itirilməsi, tək vəzifədən çıxarılma deyil, bütün nəsil-kök, pulun əldən alınması deməkdir. Köhnə komandanın istədiklərindən biri odur ki, legitim bir institut olsun, məsəl üçün, ikinci vitse-prezident olsun, bizim adam olsun, qanunvericiliklə səlahiyyət verilsin (Yeri gəlmişkən, birinci vitse-prezidentin də elə bir səlahiyyəti yoxdur, bir cümlə var ki, beynəlxalq danışıqlarda təmsilçilik etmək hüququ var, yəni beynəlxalq danışıqları apara bilər).

İndi bunlar istəyir ki, ikinci vitse-prezident olsun, Naxçıvandan olsun, bizim adam olsun və buna səlahiyyət verilsin və hüquq-mühafizə orqanları onların olsun".

Ekspertin yazısından belə məlum olur ki, ölkə rəhbərliyinin islahatları dərinləşdirmək, biznes mühitini liberallaşdırmaq istiqamətində qərarları da "köhnə qvardiya"nın müqavimətilə qarşılaşıb. Məhz onlar Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin qəbul olunmasına imkan verməyib: "Niyə belə edirlər? Mənə dedilər ki, Prezident Aparatında köhnə adlandırılan komanda belə bir tezis irəli sürüb, hətta iradlar bildiriblər ki, sizin təklifləriniz biznesi asılı vəziyyətdən çıxarır! Biznes tamamilə asılı vəziyyətə düşmür, müstəqilləşir, rahat, qanuni işləməyə başlayır. Sonra onların qabağını almaq olmaz. Onların maraq qrupları yaransa, onlara pul versə, axırı nə olacaq?

Onların arqumenti çox bəsit şəkildə bundan ibarət idi. Mən bildiyim qədər bu Natiq Əmirovun işi olub, o da Vergilər Nazirliyində uzun illər müavin olub, bu sahədə təcrübəlidir. Bildiyim qədər, mətnin üzərində o işləyib, Prezidentə də onu imzaladıblar. Açıq söhbət olub ki, sən biznesi buraxsan, ardınca heç nəyi yığıb-yığışdıra bilməyəcəksən".

"Mən başa düşdüm ki, dava pul davasıdır, resurslara nəzarət davasıdır", - N.Cəfərli əlavə edib.

Ekspertin iddialarına hələlik Natiq Əmirov hər hansı münasibət bildirməyib.

Elman

AzPolitika.info

635x100

Şərhlər

XEJAL 2019-03-26 11:07:02

SIZ BUNLARIN UZLERINI HEC GOGMEMISINIZ BIRDE BAXIN JUXUNUZ ERSHE CEKILSIN..

Arif 2019-03-26 11:07:02

Hörmətli Cəmşid müəllim milləti yerliçiliklə parçalayanlar bu hakimiyyətdən istifadə edib özlərinə sərvət toplayanlardır onlara saxta yerliçilik su hava kimi lazımdır öz sərvətlərini həm qorusunlar həmdə artırsınlar demək olarki KİV-lərin əksəriyyəti bunların marağında və təsirindədir təsədüfən kimsə bunların qabağına çıxsa dərhal onu Rusyaya İrana bunlara imkan olmasa ABŞ və Avropaya bağlayırlar təki bunların tayfasına dəyilməsin əslində bunlar üçün müqəddəs heç bir tayfa yoxdur sərvətlərini qorumağüçündür

Arif 2019-03-26 11:07:02

Əslində qanunlarımızda islahatların əksəriyyəti öz əksini tapıbdır, qalır bu islahatları həyata keçirmək üçün bunu anlayan kadırların seçməsinə?...Çox təssüfki, hansısa qara quvvələr saxta regionçuluqdan istifadə edərək, bunun qarşısını öz neqativlik xeyirlərinə görə alırlar.Artıq Azərbaycan dünənki həsas dövlət deyil, tam oturuşmuş dövlətdir, şükürlər olsun ki, hər gün güclənir burda saxta yerliçiliyin tayfabazlığın yeri olmamalıdır,bir sözlə çörəyi çörəkçiyə etibar etmək gərək.

Cəmşid Dərələyəzli 2019-03-26 11:07:02

Əziz həmvətənlilər. Şərhlərinizdən görünən o ki, bizi yenə də yerliçiliklə, yəni insanlarımızı Yeraza, Şirvana,Naxçıvanlıya bölüb parçalamaqla bizi əsil hədəfdən uzaqlaşdırmaqla məşquldurlar. Bu millətin bir amacı var ki,Cənab Prezident qarşısına qoymuş olduğu hədəflərə islahatlar yolu ulaşıb, millətin əziyyət çəkdiyi bəlalardan qurtarsın. Naxçıvanlısı da, Yerazı da, Şirvanlısı da , Tovuzlusu da hər kəs, yəni bütöv millət ona layiq olduğu bir həyatın verilməsini istəyir. Bu sayltda olanlar görürsünüz ki, mən heç bir zaman şərhlərimizdə bəziləriniz kimi adımı da gizlətmirəm. Tək bir missal. Yeazam. Oğlum öldürülüb, İki il yarımdır mən ədalət axtarıram. Aidiyyatı orqanlara (minlərlə), şəxsən Əli Əhmədova (Yerazdı) dəfələrlə rəsmi müraciətlərim olub . Heç bir cavab almamışam. Əksinə səbəbkara hələ yüksək vəzifə də verilib. Saniram bu misal sizlərə kifayətdi. Odur ki də yazıqdır, günahdır gəlin parçalanmayaq. Onsuz da mağdr durumdayıq. Cənab Prezident özü də müsahibələrində açıq şəkildə etiraf etdi ki, “görünən o ki, bizdə system də köhnəlib”. Deməli bütün hədəflərə ulaşmaq üçün, öncə sistem dəyişməlidir. Qaldı yuxarıdakı Eksprtin rəyinə, tam tam qatılıram.

aqil 2019-03-26 11:07:02

hec bir islahat yoxdur.yalniz imitasiya ve rusveti leqallawdirmaq.cerimeleri artirmaqla budceye vesait celb etmek.[kicik ve orta biznesin inkiwafi ile yox...] ilk novbede kend teserrufati mallarini emal eden muessiselerin vergi yukunu azaldaraq reqabete davamliliq yaratmaq lazimdir.Belorusiyadan gelen sud mehsullari yerli maldan ucuzdur.niye? qanunlar hamisi kiminse maraqlarini qoruyur.

Fərəməz 2019-03-26 11:07:02

Azərbaycanda indiki sistemdə islahat yalnız aldatmaca,yalandan ibarətdir.Guya gənclərə yol verilir deməklə yalnız köhnə qvardiyanın evladları,qohumları irəli çəkilir ki,bu da heç nəyi dəyşməz!.Ata Prezident aparatında,oğul vəzifəyə təyinat alır.Biri Nazirlər Kabinetində,Milli Məclisdə oğlu,qardaşı və qohumu vəifəyə təyin olunur.Axı onlar korrupsiyalaşmış,oğru və talançı mühitdə böyüyüb,tərbiyə aldıqlarından belə kadrlarla islahat aparmaq tapılmayan əşyanı axtarmaq deməkdir.Rəhbərlikdə bunu anlayan yoxdur?

zakir 2019-03-26 11:07:02

bu okeni viran qoyanlar ....hakimiyyet herisliyidir-onlar ucun vetetn vezife ve pul demekdir- men bu barede defelerle onlarla aciq sohbetler de etmisem.....onlardan daha vetentperverdiler. ...amma bununla bele men regioculuqu dovletimizin dusmeni hesab edirem.

t.ədalət 2019-03-26 11:07:02

Hakimiyyət onsuz da Naxçıvan və İrəvan....əlindədir.İkinci vitse-prezidentə nə ehtiyac var?Baş nazir Novruz Məmmədov da əslən Dərələyəzin Kotanlı (orada yaşayanlar kürd kökənlidir) kəndindəndir.Həyat yoldaşı da qeyri-azərbaycanlıdır.Nə isə.Bu "naxçıvanlılar" daha nə istəyirlər?

eyvaz 2019-03-26 11:07:02

Doğrudan biz bu qədə var dövlət gələ ölkədə yaşamırıq,bunlar bizi süründürür

Mirtağı 2019-03-26 11:07:02

Allah sizə insaf versin, nə olar, qoy bu Naxçıvanlılar da bir vəzifəyə gəlsin də, dünya dağılmaz ki?Nə vaxta qədər talışlar, ləzgilər, ruslar, qazaxlar, gürcülər , ermənilər (belə söz də var) vəzfədə olacaq? Bu ölkədə Naxçıvanlılarla yerazlara Allahın günü yoxdur, yazıqlar gecə gündüz zülm çəkirlər.

Səlahəddin 2019-03-26 11:07:02

Hakimiyyətdə,Milli Məclisdə olan Naxçıvanlıların köhnə Yerazlar olduğu diqqətdən yayındırılır.Oralarda təmiz Naxçıvanlı və Azərbaycanln digər bölgələrindən olan azərbaycanlı tapmaq çox çətin məsələdir.Hər yer,parlament.Nazirlər Kabinəsi,İcra başçıları,prokurorluqlar.Daxili işlərin polis idarələri ...

Lerikden Mehemmed Hesen emi 2019-03-26 11:07:02

Azerbaycan xalqi .... bax bele suruner omuru boyu, Qarbaqdanda eser elamet qalmaz, onlarinnher weyi vezife ve puldur

Vətəndaş 2019-03-26 11:07:02

Çoxdan bu "qvardiyadan" qurtarılmalı idi.Ölkəni bu günə salan Qerbi Azerbaycan+Naxçıvan klanı olub. Ölkə klanlardan qurtarmasa vəziyyət heç vaxt yaxşı olmayacaq.

Rizvan. 2019-03-26 11:07:02

Natiq Cəfərliyə ötürülmüş informasiya çox gülünc,işindən xəbərsizlərin və iş görməyi bacara bilməyən insanların ötürdüyü informasiyadır.Ekspert gərək dediklərini fakt və rəqəmlərlə əsaslı şəkildə subut etsin.Əks halda onun fikirləri mütəxəssiz fikri yox,sadəcə subyektiv fikirdir.

Vətəndaş 2019-03-26 11:07:02

BƏS QALAN MİLLƏT? BİR NEÇƏ REGİYON VƏ QRUPLAŞMADAN BAŞQA QALANLAR HƏMİŞƏ QUL KİMİ İŞIƏMƏLIDİR. SUALIMA CAVAB İSTƏYİRƏM A MİLLƏT AY HÖKUMƏT. BUNUN AXIRI NECƏ OLACAQ?

t.ədalət 2019-03-26 11:07:02

"köhnə qvardiya" prezidentin yanında nüfuzunu itirmiş adamlardır.Əli İnsanovu "şişirdən",onun həbsdən çıxmasından sonra,guya böyük gücə çevriləyəcəyindən söhbət açan da köhnə qvardiyanın əzik-üzük dəstəsidir.Onlar Əli İnsanovun olmayan gücündən bəhs etməklə ölkənin maliyyə ehtiyatlarını sümürmək üçün özlərini bir az da prezidentə "yaxın" etmək istəyən mağmunlardır.Guya, H.Əliyevə dəstək olduqlarını deyən bu adamlar,vaxtı ilə H.Əliyevdən onların özlərinin qorunmasını xahiş edən zəiflərdir.

Arif 2019-03-26 11:07:02

Heç zaman heç kim islahat aparmır, sadəcə xalxın gözünə kül üfürürlər, vəzifəyə təyin edilən gənclər isə kabnetində smartfonlarla iqra oynamağla gününü keçirirlər, demək olarki adi bir işin həllini yuxarıdan cavab almamış həll edə bilmirlər, buda bürokratikliyə, neqativliyə aparır, Allah göstərməsin sabah fövqal bir vəziyyət olsa, bu sözə qulaq asan gənclər həmin fövqal vəziyyətdən çıxa bilməzlər, bir sözlə bu daşlar axırda vətənimizə dəyər.

Son yazılar