RUSLARIN SAYI SÜRƏTLƏ AZALIR - Rusiya demoqrafik çuxura düşübmü? + VİDEO

İqtisadçılar həyəcanla deyirlər ki, Rusiyada əmək qabiliyyətli əhali sürətlə azaldığından, yetərli işçi qüvvəsi çatışmır. İndi hamıya bəllidir ki, Rusiyada “qastrabayter” adlandırılan işçi qüvvəsindən istifadə olunur.

Yəni, Rusiya əsasən Tacikistan, Qırğızıstan və Özbəkistandan gələn işçilər hesabına fəhlə problemini həll etmiş kimi görünür. Ancaq məsələ təkcə bu problemin həll edilməsiylə yekunlaşmır, axı Rusiya əhalisinin sayı durmadan azalır. Hətta rəsmi orqanlar da, 2018-ci ildə əhalinin artımının azalmasını etiraf etmək məcburiyyətində qalıblar. “Rosstat”-ın məlumatına görə, 1 yanvar 2019-cu il tarixinə əsasən Rusiya əhalisinin sayı 146,7 milyon nəfərdir və bir il ərzində əhalinin sayı 86,6 min nəfər azalıb. Əgər hakimiyyət bu məsələni dilə gətirirsə, deməli vəziyyət daha pisdir. Çünki rəsmi təbliğat çox vaxt həqiqi rəqəmləri gizlətməyə çalışır. Amma indi 20-30 il bundan qabaqkı vaxt deyil və real informasiya əldə etmək imkanları xeyli genişlənib.

2018-ci ilin statistik göstəricilərinə əsasən, Rusiyadakı əhali sayının ən kəskin azaldığı yerlər Smolensk, Tambov, Pskov, Tver və Tula vilayətləridir. Ümumiyyətlə isə, 2000-ci ildən 2019-ci ilədək olan müddət ərzində əhali sayının ən çox azalması Maqadan vilayətinin (-28,7%), Komi respublikasının (-20,6%), Murmansk vilayətinin (-19,9%), Kirov vilayətinin (-17,4%) və Tver vilayətinin (-16,9%) payına düşür.

Depopulyasiyanın bir çox səbəbləri var. Bunların içərisində ənənəvi dəyərlərin itməsi nəticəsində ailənin bir institut kimi deqradasiyaya uğraması, sosial-iqtisadi çətinliklər üzündən uşaq sayının azalması, orta yaş həddinin aşağı olmasına görə, ölüm və doğum koeffisentindəki mənfi istiqamətin yaranması, gənclərin ölkəni tərk etməsi və sairə səbəblər var. Əlbəttə ki, biz burada Rusiya Federasiyasının özünəməxsusluğunu da yaddan çıxarmamalıyıq. Bu ölkə çoxmillətli respublikadır və iş ondadır ki, milli mənşəyinə görə ən çox rusların sayı azalır.

Rusların bir millət kimi içkiyə genetik aludəçiliyi hamıya bəlli olan faktdır. Rusiyadakı kişilərin başlıca ölüm səbəbi alkoqolla bağlıdır. Belə ki, Rusiya səhiyyə naziri Veronika Skvortsova deyib ki, ötən ilin statistikasına görə, ölkə əhalisinin hər 100 min nəfərinə 735 kişi ölümü qeydə alınıb. Bu isə Avropa üzrə müvafiq göstəricidən təxminən dörd dəfə çoxdur. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, kişi ölümlərinin əsas səbəbi alqoqollu içkilərin hədsiz qəbul ilə bağlıdır.

BMT proqnozlaşdırır ki, 2050-ci ildə Rusiya əhalisi 11 milyon nəfər azalacaq. Ancaq onu deyək ki, bir çox mütəxəssis Rusiya əhalisinin hal-hazırda 146 milyon yox, bundan təxminən 15-20 milyon az olduğunu iddia edir və həm də ki, ciddi faktlar ortaya qoyurlar.

Aşağıda təqdim etdiyimiz videomateriallar Rusiyadakı mövcud demoqrafik vəziyyət barəsində daha geniş məlumat verir.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

şahin t.ədalətə cavab 2019-03-26 20:33:35

get yaxın şərqi maraqlan gör irakda əfqanıstanda liviyada yəməndə misirdə suriyada.və.s mülki əhalinin başına bombalar yağdıran rusiyadır yoxsa amerika dünyanı qarışdıran qəzzanı qolan təpələrini israil ərazisi kimi tanıyan fələstində israil tərəfindən öldürülən günahsız insanların səbəbkarı amerika deyilmi nə rusiya düşmüsən ortalığa get bizim dağlıq qarabağ problemini dərindən araşdır gör bütün izlər hara aparır sənin ağılın savadın elə yazdığın şərhdən bilinir yada ki kimlərinsə sifarişi ilə belə şərhlər yazırsan Azpolitika xahiş edirəm şərhimi verin

Şahinnən t.ədalətə 2019-03-26 20:33:35

get yaxın şərqi maraqlan gör irakda əfqanıstanda liviyada yəməndə misirdə suriyada.və.s mülki əhalinin başına bombalar yağdıran rusiyadır yoxsa amerika dünyanı qarışdıran qəzzanı qolan təpələrini israil ərazisi kimi tanıyan fələstində israil tərəfindən öldürülən günahsız insanların səbəbkarı amerika deyilmi nə rusiya düşmüsən ortalığa get bizim dağlıq qarabağ problemini dərindən araşdır gör bütün izlər hara aparır sənin ağılın savadın elə yazdığın şərhdən bilinir yada ki kimlərinsə sifarişi ilə belə şərhlər yazırsan Azpolitika xahiş edirəm şərhimi verin

Sadә vәtәndaş 2019-03-26 20:33:35

Rusiya bir ölkә kimi düşmәnimizdir - bu mәsәlә şübhәsizdir. Lakin bu ölkәnin hәr hansı sәbәbdәn çökmәsini gözlәmәk sadәlövhlükdür. Әn azından Rusiyanın tarixinә sadәcә göz gәzdirmәk bәs edir. Bilirsizmi, elә ölkәlәr var ki, onlar әbәdidir. Rusiya da onlardan biri, bәlkә dә birincisidir.

Azad Qarabagli 2019-03-26 20:33:35

Ozlerini sivilce qoruyan olkelerde bu normal haldir. RF ehalsinin bu temple sifira enmesi ucun hele 1659 il kecmelidir. Diger xalqlara sevgi guclendikce ehalinin sayi da artacaq.

Həsən 2019-03-26 20:33:35

Rusiyanın çuxura düşdüyü göz önündə və gələcəyi də çox qaranlıq olduğu halda Azərbaycan rəhbərliyinin Rusiya sövdaları anlaşılmazdır.Göründüyü kimi Rusiya iqtisadiyyatı çökmək üzrədir,Rusiyanın dünyada imici korlanıb və Rusiya sanksiyalarla boğulur.Belə bir durum şəraitində Azərbaycanın Avropa birliyi, ABŞ-la əlaqələrinin zəiflədilməsi başa düşülən deyil.Belə münasibət onsuz da ağır vəziyyətə salınmış Azərbaycana devident gətirməyəcəyi şübhəsizdir.Dünyanın aparıcı ölkələri arasında tərəfkeş tapmaq vacibdir

O.B.N 2019-03-26 20:33:35

https://www.youtube.com/ attribution_link?a=58bQL_B9CLs&u=%2 Fwatch%3Fv%3Da-bdNeVbDoo%26feature% 3Dshare&fbclid= IwAR3WnhQGQIlLxdtqdFSUZTf21SFIUy4K7 YmcpNVyYnJkkOV8cZniQImtaSE

t.ədalət 2019-03-26 20:33:35

Nə qədər çox azalsa, bir o qədər dünyada günahsız müsəlman körpələrinin qanı az tökülər.Harda sivil insanların qətli var,orda Rus ordusunun izi var.Rusların sayının azalması həm də bizim Qarabağdakı ağrılarımızın azalmasına səbəb olar.

Son yazılar