"Yanğının söndürülməsində FHN-dən asılı olmayan səbəblər var idi" - Deputat

Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün 1000-dək mağazası olan "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) rəhbərliyinin ayrı-ayrı tanınmış şəxslər tərəfindən günahlandırılmasına münasibət bildirib.

Deputat Demokrat.az-a açıqlamasında deyib ki, baş vermiş bu yanğın hadisəsinə görə FHN-nin işinə kölgə salmaq doğru deyil:

"Fövqəladə Hallar Nazirliyi həmişə olduğu kimi, bu hadisə zamanı da öz yüksək peşəkarlığını ortaya qoymağa çalışdı. Ancaq nə etmək olar ki, baş verən yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyindən asılı olmayan səbəblər var idi. Bu baxımdan kim Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə kölgə salmağa çalışırsa, o ciddi səhvlərə yol verir. Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri çərçivəsində hər zaman üzərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetirib".

635x100

Şərhlər

Sabir 2019-03-26 22:41:00

Yanmalı idi yandı. O obyektin saibi hansı məmurdursa elə obyektləri yenə var, yüz milyonlarla pulu da var. Yazıq insanlar hansı ki orada işləyirdilər.

Son yazılar