“ŞƏBƏKƏLƏŞMİŞ “QURDLAR” HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILMASA...” – “İslahatlardan imtina bədbəxtlik gətirəcək”

“AzPolitika.info” BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Novruz Bayramı ərəfəsində yüzlərlə məhbus əfv olundu və Prezident ictimai həyatın bütün sahələrəni əhatə edəcək islahatların anonsunu verdi. İnsanlarımız böyük ümidlər və əhval-ruhiyyə ilə tətildən qayıdır. Sizin gözləntiləriniz nədən ibarətdir?

- Həqiqətən həm xalqımız, həm də Azərbaycanla maraqlanan və bizi istəyən beynəlxalq ictimaiyyət ölkəmizdə böyük dəyişikliklərin edilməsini gözləyir. Ümid edirəm gözləntilər özünü doğruldacaq, xalqımızın ümidləri puç olmayacaq və Prezident həqiqətən başladığı islahatlarla ölkəmizi qansız-qadasız inkişafın yeni mərhələsinə keçirə biləcək.

Qeyd edim ki, bu vəzifəni yerinə yetirmək o qədər də asan deyil. Bütün xalqlar yüksək rifaha və tam azadlıqlara layiqdirlər. Amma bütün xalqlar bunları təmin edə biləcək dövləti qurmaq gücündə deyil. O xalqlar xoşbəxtdirlər ki, bəzən əldə edə bilmədiklərini yuxarıdan islahatlar yolu ilə adlarını xalqların tarixinə qızıl hərflərlə yazan böyük tarixi şəxsiyyətlər onlara verir. Başqa xalqların uzun müddətə keçdiyi yolu onlar qısa müddətə qət edirlər. Tarixdən çoxlu belə nümunələr gətirmək mümkündür. Bizim timsalımızda Qərbi Avropa standartlarına cavab verən dövlət qurmaq çox çətindir. Çünki böyük güclər Azərbaycanın inkişafını istəmirlər. Onlar güclü Azərbaycanın müharibə edib torpaqlarını azad edəcəyindən çəkinirlər. Məhz bu faktora görə Gürcüstan, Qərbin müasir dövlət quruculuğu prosesinə mane olmasının qarşısını almaq üçün bəyan etdi ki, onlar ərazi bütövlüyünü bərpa etmək üçün güc tətbiq etməyəcəklər. Ona görə islahatlar dərinləşdikcə biz nəinki Qərbdən maliyyə və digər formada dəstək almayacağıq, hətta təxribatların miqyası genişlənəcək. Amma bütün bunlardan qorxmamalıyıq, xalqımızın xoşbəxt gələcəyi yuxarıdan aparılan uğurlu islahatlara bağlıdır. İslahatlardan imtina, yaxud onun imitasiyası xalqımıza bədbəxtlik gətirəcək.

İslahatlar üçün ilk növbədə adı çəkiləndə insanlara orta əsrləri xatırladan, qanunsuzluq və özbaşınalıq simvolu kimi göz önünə gələn kadrlardan qurtulmaq lazımdır. Həmin kadrlarla aparılan islahatların yekunu qurdla quzunun dostluğunun sonu kimi qurtaracaq. O şəxslərdən qurtulmağın nə qədər çətin bir iş olduğunu da bildiyimdən, onlardan xilas olmağın bir yolunu da onlara sərəncam səlahiyyəti olmayan daha yüksək seromonial vəzifələrin verilməsində görürəm. İqtidar onları real hakimiyyətdən uzaqlaşdıra bilməsə, əminliklə deyə bilərəm ki, şəbəkələşmiş, xarici dəstəyi və böyük vəsaitləri olan həmin “qurdlar” iqtidarı yaxın gələcəkdə sonu heç də yaxşı görünməyən siyasətin qurbanına çevirəcəklər.

Bundan başqa hakimiyyət komandası, islahatlar naminə daha geniş ictimai dəstəyə nail olmalı, xalq hərəkatının iştirakçısı olmuş təcrübəli və bacarıqlı kadrlarla gücləndirilməlidir. Bu, həm də hakimiyyətə susamış, bu məqsədə çatmaq üçün hər cür təxribatlara hazır olan barışmaz və radikal müxalifətin sıralarını seyrəldəcək, onları ciddi ictimai dəstəkdən məhrum edəcəkdir. Daxili və xarici təzyiqlərə, təxribatlara qarşı dayanmaq üçün bu çox vacibdir. Bu zaman, təhqirə yol verməklə insanlıq xəttini keçmişlər istisna olmaqla, həmin şəxslərin zamanla iqtidarı necə sərt tənqid etməsinə yox, onların nə dərəcədə peşəkar və əməkdaşlığa nə qədər hazır olmalarına diqqət yetirilməlidir. Hazırda ictimai həyatda islahatların uğurla davam etdirilməsinə töhfə verə biləcək çoxlu sayda bacarıqlı siyasətçilər, ekspertlər var. İqtidar komandasına xaricdən mütəxəssislərin dəvət olunması, hətta bəzi vəzifələrə təcrübəli və bilikli Qərbi Avropa, ABŞ vətəndaşlarının təyin olunması təcrübəsindən də istifadə olunmalıdır.

- Sizcə, ilk addımlar nədən ibarət olmalıdır?

- Kadr, institusional və struktur islahatları ilə yanaşı məhkəmə-hüquq və iqtisadi islahatlar paralel olaraq aparılmalıdır. Növbəti mərhələdə isə siyasi islahatlara gedilməli, hökumətin fəaliyyətinə parlament nəzarətini təmin etmək üçün Milli Məclisə növbəti seçkilər proporsional əsasda keçirilməli, qanunla ən çox səs toplamış partiyadan sonra ikinci və üçüncü yerləri tutmuş partiyaların topladıqları səsdən asılı olmayaraq, onların fraksiya yaratmaq hüququ təsbit olunmalı, ölkə, xalqımızın mentaliteti nəzərə alınaraq, 2025-ci ildən gec olmayaraq, parlamentli respublika modelinə keçməlidir.

- Hüquq və iqtisadi islahatlar istiqamətində hansı qərarlar qəbul olunmalıdır?

- Hakimlər ömürlük təyin olunmalı, onlar da Prezident kimi yalnız ağır cinayət törətdikdə vəzifələrindən kənarlaşdırılmalı, Məhkəmə Hüquq Şurasının sədri və həlledici səs hüquqlu üzvləri hakimlər olmalıdır. Vətəndaşlara məhkəmələrə və qanunlara hörmət ruhu aşılamaq üçün andlı iclasçılar institutu bərpa və tətbiq olunmalı, hakimlərə onların layiqli həyatını təmin edəcək səviyyədə yüksək əmək haqqı verilməlidir. Bunlar edilmədən müstəqil və güclü məhkəmə hakimiyyətinə nail olmaq mümkün deyil. Məhkəmələrdə süründürməçiliyə son qoyulması üçün, qanunla yuxarı instansiya məhkəməsinin işi təkrar baxılması üçün aşağı instansiya məhkəməsinə göndərmək hüququ aradan qaldırılmalıdır.

Bunlarla yanaşı təklif etmişdim ki, Baş Prokurorluğun yanında vahid Dövlət İstintaq Komitəsi yaradılsın. İlham Rəhimov sizin sayta verdiyi müsahibədə Rusiyada bunun özünü doğrultmadığını və belə bir qurumun müstəqil olmasınının vacibliyini qeyd edib. Düşünürəm ki, İlham Rəhimovun da təklifi daxil, hüquqi islahatlarla bağlı səsləndirilən bütün təkliflər onların müəlliflərinin iştirakı ilə ciddi müzakirə olunmalıdır.

İqtisadi islahatlara gəldikdə isə, sahibkarların ucuz kreditlərə çıxışının təmin olunması üçün Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli banklarda saxlanılmalı, iri müəssisələrin özəlləşdirilməsinə gedilməli, inhisarçı dövlət şirkətləri rəqabət mühitinin yaradılması üçün bir neçə yerə bölünməklə özəlləşdirilməli, xidmət sahələri ya özəlləşdirilməli, ya da uzunmüddətli əməli idarəetməyə verilməlidir. Nüfuzlu xarici bankların və xarici investisiyanın ölkəyə cəlb olunması üçün ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Dövət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Kənd təsərrüfatının inkişafı üçün, vergi güzəştləri nəzərdə tutmaqla, yeni emal müəssisələrinin yaradılması stimullaşdırılmalıdır. Kənd təsərrüfatına dotasiya yalnız hazır məhsula görə verilməli, eyni məhsullar Azərbaycanda istehsal olunursa, onların idxalına görə gömrük rüsumları artırılmalıdır. Çünki iqlim şəraiti və torpaqların münbitliyi ilə əlaqədar Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyəri keçmiş sovet respublikaları və Avropa ölkələri ilə müqayisədə xeyli yüksəldir.

- Hazırda demokratik müxalifətin vəzifəsi nədən ibarət olmalıdır?

- İlk növbədə islahatları dəstəkləmək. Yuxarıda qeyd etdiyim mümkün təxribatların qarşısını almaq üçün etiraz aksiyalarına seçkilərə qədər moratorium qoymaq. Demokratik dövlət quruculuğu prosesinə ciddi təhlükə olan, dini siyasiləşdirməklə hakimiyyətə gəlmək istəyən, həm də teokratik xarici güclərə bağlı şəxslərin siyasətdə legitimlik qazanmalarına imkan verməmək. İkincisi, iqtidarda olarkən müxalifətə qarşı aqressiv münasibətilə seçilən, törətdikləri ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin iqtidara münasibətdə nə qədər sərt və barışmaz mövqe tutmalarından asılı olmayaraq cəmiyyətdə onların siyasi baxımdan reabilitasiya olunmasına imkan verilməməlidir. Həmin şəxslərin beş-on manat puluna və beş-üç nəfər tərəfdarına görə ölkənin gələcəyinə xəyanət yolu tutulmamalıdır. Demokratik müxalifətin vəzifəsi hal-hazırda hakimiyyəti dəyişmək yox, daha müasir cəmiyyət qurmaq olmalıdır. Səhvləri düzəltmək olar, ancaq oğru qanunları ilə yaşayanlar düzəlməz. Elm də sübut edir ki, xarakter dəyişmir. Onlar hakimiyyətə gəlsə, indiki iqtidarın əfv etməyib məhkum etdiyi iqtidar komandasının tör-töküntülərilə despotik bir rejim quracaqlar. Həbsxanada nələrisə bölüşmələrindən asılı olmayaraq, demokratiyadan danışıb, demokratiyaya görə əziyyətlərə qatlaşdıqlarını deyənlər belələrini müşayiət etməzdən öncə papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünməlidirlər.

Bir də yersiz radikallıq etməklə islahatları beynəlxalq dəstəkdən mərhum edib, iqtidardakı repressiya tərəfdarları olan kütbeyinlərə dolayısı ilə həm yerli, həm beynəlxalq dəstəyi təmin etməsinlər...

635x100

Şərhlər

Kanal-13 2019-03-27 00:03:59

Hörmətli Azpolitika ! Sizdə "Kanal-13 ün yayımladığı Şəki İHB-ı haqqında materialı sizdə xaqa çatdırın..

vətəndaş 2019-03-27 00:03:59

5 villası, çoxsaylı mülkləri olan, gözü milyonlardan doymayan Şəki şəhər icra başçısı - VİDEO+FOTOLAR Tarix: Dünən, 16:04 Bölmə Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb. GundemXeber.Az Kanal 13.tv (internet televiziyasına)yə isitnadən xəbər verir ki, yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilir. Bundan əlavə, videosüjetdə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunur. İcra başçısının da mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirərək, sözü gedən videosüjeti və villaların fotolorını təqdim edirik.

Dövlətimizi qəlbən sevən 2019-03-27 00:03:59

Şəkinin icra başçısı haqda ŞOK FAKT - VİDEO Tarix: Dünən, 15:18 | Çap et Şəkinin icra başçısı haqda ŞOK FAKT Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb. Dia.az-ın məlumatına görə, "Kanal 13″-ün yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilib. Bundan əlavə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunub.

Miriyə 2019-03-27 00:03:59

MİRİ,millətin 20%-de sənin ağlından,məntiqindən olsaydı bu millət çoxdan cənnətdə yaşayırdı,nəinki cəhənnəmdə sürünürdü.Beyninə də qüvvət,qələminə də.Ara-sıra yaxşi yazanlar olur,amma sənin kimi reallığı yazan yoxdur.Bu arada oğlumun da adı Miridir.Her ikinizi də 100 yaşayın.

Vidadi 2019-03-27 00:03:59

Bəs o "qurdlar" necə şəbəkələşdiriliblər?Bir bunu da düşünmüsünüzmü?Onlar Rəhbərlik tərəfindən tapılıb,təyin olunub,onlara gizli toxunulmazlıq verilib.uzun müddət vəzifədə saxlanılıb və yüksək himayə ediliblər.Bir nazir,bir icra başçısı,bir yüksək vəzifəli məmur üçün vəzifədə saxlanlma limiti olmalıdır.20-30 il bir nəfər eyni vəzifədə,eyni otaqda və kabinetdə saxlanılırsa bunun normal hesab edilməsi mümkün deyil.Belə hallar şəbəkələnməyə yol açıb.Bunun acısını isə xalq çəkir.

Qüdrət Həsənquliyevə 2019-03-27 00:03:59

QÜdrət bəy,Azərbaycanda indiyə qədər gedən "islahatlar" korrupsiyanın genişlənməsinə, Qohumbazlıq və yerlibazlığn inkişafına,talançılıq və oğurluqların geniş vüsət almasına xidmət etdiyi, ölkənin sənaye infrastrukturunun şəxsi əllərdə toplanmasına yönəldiyindən son 30 ildə ölkə çuxura yuvarlanıb. Əhalini İşsizlik,səfalət bürüyüb. Məmur qudurğanlığı,özbaşınalığı artıb.əÖlkədə adi sənaye malları xaricdən gətirilir. Belə bir halda hansı normal islahatdan danışmaq olar? Boş sözlərdən hamı doyub.

fikrət 2019-03-27 00:03:59

Hec bir islahat yoxdu olmayacaqda mən deyə bilərəm nədən başlamaq lazimdi 1 məmurlardan harinlardan milyardlari alib büdcəyə kiminsə cibinə yox büdcəyə sonra hökümət satqinlari hansiki erməniləşib həbs eləyir sonra qarabaqi ermənilərdən təmizləyir və ilaxir onda prezident ilham əliyev olacaq canimiz amma inanmiram hec vaxt olmayacaq bu

miri 2019-03-27 00:03:59

Bu məməkətin hər şeyi :"cikli-boklu" bir əldədir 25 ildir. Qanunverici hakimiyyət, icra hakimiyyəti, məhkəmə və hüquq orqanlari... hamısı bir yolun yolçusudur. Müxalifəti isə biri də siz olmaqla həmin yolun yolçusulari ilə izolə etdirilib.İndidə islahat adlı mif ilə bir 25 il də hakimiyyətdə qalmaq oyunu qürur. Bu nağıllara ilə heç əhalinin 1 faizini aldatmaq mümkün deyil. Reallığı dərk edib tarixin arxivinə getməyənlər tarixin zibilliyinə gedəcək. Çəkilin yoldan..

Fazil beye 2019-03-27 00:03:59

"...muxalifetin vezifesi …, daha muasir cemiyyet qurmaq olmalidir!"? Cenab Millet Vekili, demokratiyani, iqtisadiyyati, mudafie ve cemiyyeti de yaxin etrafinda korrupsiya da formalasan iqtidar idare edir. Ziyankar etrafin reqibi kollektiv rehberlikdir. Korrupsiyanin mualicesi ise hakimiyyetin daha tez yenilenmesi ve ya istefasi hell olunur.

namaz 2019-03-27 00:03:59

Allah millətimizi qorusun. Heç də yaxşı hadisələr baş vermir. Günahkarlar da adi insanlar deyil.

Həsənquliyev-ə 2019-03-27 00:03:59

"Bundan başqa hakimiyyət komandası, islahatlar naminə daha geniş ictimai dəstəyə nail olmalı, xalq hərəkatının iştirakçısı olmuş təcrübəli və bacarıqlı kadrlarla gücləndirilməlidir". Bu ifadəniz nədənsə şəadət barmağını öz sinəsinə tuşlayan "Görüş" filimindəki personaj Şixalinin monoloqunu xatırlatdı: "Mən bilmirəm bu işi bizim aramızda kim bacarar?".

O.B.N 2019-03-27 00:03:59

Vəşhi Kapitalizmindən iki xilas yolu var,biri TƏKAMÜL digəri İNQİLAB .Seçim Sizindir Cənablar.Biri Avropanin getdiyi yol,digəri Böyük Oktyabır Sosialist İnqilabı (lenin babanız)

Fazil 2019-03-27 00:03:59

Qüdrət harın məmurlar 25 il bu millətin dərisini soyub,ölkənin milli sərvətini mənimsəyib, burdakını burda, apara bildiklərini də xarici ölkələrdə yerləşdiriblər. Millət qalıb lüt. Əhali artıq bu ədalətsizliklərdən iyrənibdir. Bu çirkin sistemi dəyişmək çox çətindir. İndi də başlayıb ölkəni yandırmağa dağıtmağa,parçalamağa. Sən qaraya ağ demə. De ki azğınlaşmış məmurlar ölkənin qanunlarına artıq tabe olmurlar. Ölkədə qanun qayda yoxdur onlar üçün.Qanunlar ancaq kasıb əhaliyə tətbiq edilir.Və 2-3-5 qat artıq

Son yazılar