Tanıdığımız və tanımadığımız Xəzər Universiteti

Etibar ƏLİYEV, təhsil eksperti

Xəzər Universitetinin sahibi Hamlet İsaxanlı həmin Universitetin müəllimi Mail Yaquba 160 manat əməkhaqqı verdiyinə görə adı çəkilən müəllim istefa vermişdir. Onun istefasını İsaxanlı ikrah doğuracaq, rektora xas olmayan formada şərh etmişdir.

Özəl ali məktəblər içərisində yüksək təhsil haqqı ilə seçilən Xəzər Universitetinin oteli üzə çıxdıqdan sonra isə Hamlet müəllim bəyan etdi ki, otel onun deyil, universitetindir. Universitetin otelinin olmasının zəruriliyini vurğulayanlar oldu. Mən də buna etiraz etmirəm. Ancaq bundan əvvəl universitetin yaxşı laboratoriyaları, auditoriyaları, yüksək səviyyəli professor-müəllim heyəti, kampusu, yataqxanası olmalıdır. Xəzər Universitetini ölkədə analoqu olmayan universitet kimi təqdim edirlər, ətrafında mif yaradırlar. Doğurdanmı belədir? Bəs Əlahəzrət fakt nə deyir.

“Abituriyent” juranalının 12-ci sayında göstərilir: 2017/18 tədris ilində bu universitetin magistratura səviyyəsinə 214 plan yerinə cəmi 81 nəfər (37,8%) qəbul olunub. 81 məzunun cəmi 9 nəfəri (11,1 faizi) bu ali məktəbin bakalavr pilləsini bitirənlərdir.

Müqayisə: Odlar Yurdu Universitetinin magistratura pilləsinə daxil olan 165 tələbənin 11 nəfəri öz məzunu, Bakı Biznes Universitetinə daxil olan 55 magistrin 18 nəfəri öz məzunudur.

Xəzər Universiteti tələbə yataqxanasında qalan hər tələbədən ayda 150 manat pul alır. Əslində bu məbləğ ödənilən təhsil haqqına aid edilməli idi. İkinci soyğunçuluq da budur. Universitetlərin yaranma tarixindən bəllidir ki, universitet yaradıcıları bu işə qol qoyanda şəxsi qazancı göz önünə gətirmirlər. İsaxanlı nümunəsində universitet şəxsi qazanc yeridir və sanki bu belə də olmalıdır.

Bu universitetin xaricdən müəllim dəvət etmək adı ilə cəlb etdiyi müəllimlərin əsas kontingentini iranlılar təşkil edir. Bunun əks effekti də olur. Məsələn, Hamlet İsaxanlı iranlı Nüsrətullanın biabırçılıqla qovulmasının səbəbini deyə bilərmi? Birmənalı olaraq iranlıları və magistrləri dərs prosesinə ucuz işçi qüvvəsi kimi cəlb edirlər. Başqa sözlə, tələbə başı qatırlar! Bu universitetdə müəllimlərin böyük əksəriyyəti saathesabı çalışırlar. Şəxsi qazanc gözlərini elə tutub ki, ştata müəllim götürməyi ciblərinə ziyan vurmaq kimi başa düşürlər.

Universitetlərin Dünya reytinqlərində ştatda olan müəllimlərin say göstəricisi də mühüm rol oynayır. Cənab İsaxanlı, ötən il Təhsil Nazirliyinin Akkreditasiya qurumundan universitetə gələn heyətin universitet haqqında dediklərini xatırlayırsınızmı? Hamlet müəllim deyə bilərmi ki, qazanılan milyonlar hesabına indiyə qədər təbiət elmləri və mühəndislik fakültəsində neçə müasir laboratoriya qurulub? Bunu biz təhsil ekspertləri və media nümayəndələrinə göstərə bilərmi? Universitetin müəllim heyəti ilə ictimaiyyəti tanış edə bilərmi? Son illərdə 7-8 tanınmış müəllim hansı səbəbdən universiteti tərk edib? Bunun izahını verə bilərmi? Tanınmış müəllimlərdən biri yay məzuniyyətinin pulu ödənilmədiyi üçün universiteti tərk edib, bəs qalanları? Təhlillərimiz göstərir ki, Xəzər Universitetin pedaqoji ixtisaslar üzrə məzunlarının Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanlarındakı nəticələri də çox aşağı səviyyədədir.

Dövlət qulluğuna keçirilən imtahanlarda Xəzər Universitetinin 20 məzunundan 6 nəfər (30 faiz) tələb olunan balı toplayıb.

Hamlet müəllim! Sonuncu sualıma necə, cavab verə bilərsinizmi? Həyat yoldaşınızın rəhbərlik etdiyi “Dünya” məktəbinə indiyə qədər 10.000 manatı olmayan neçə istedadlı uşaq qəbul edibsiniz?

Yenə “Abituriyent” jurnalına müraciət edək: 600-dən yuxarı bal toplayan şagirdlərin sayına görə 81 orta ümumtəhsil məktəbi və liseylərin içərisində Xəzər Universitetinin “Dünya” məktəbinin adı yoxdur. Soruşmaq ayıb olmasın, orada nə işlə məşğul olurlar? Yaxud necə istedadlı tələbəyə cüzi də olsa maddi yardım göstərilib?

Bütün bunlar bir yana... Məktəbin reklamında göstərirlər ki, “Dünya” Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2012-2013-cü tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Prezident İlham Əliyev ayrıca hansısa məkəbə “İlin ən yaxşı məktəbi” adını vermir. Bu müsabiqə əsasında müəyyənləşir və həmin tədris ilində 50 məktəb içərisinə bu məktəbi də daxil ediblər və siyahıda 29-cu yerdədir…

P.S. Universitetdə pul işinə baxan, tələbələrin qənimi, şəhid övladına belə çox cüzi məbləği güzəştə getməyən qardaşınız İsaxan İsaxanlının əməllərindən də xəbərdarsınızmı?

635x100

Şərhlər

Məlahət Mürşüdlü 2019-03-27 08:42:56

Universitetin yaxşı Universitet olması üçün 2 ən əsas meyar var: 1.O tədqiqat və elm mərkəzidir 2. Məzunlarının işə götürülmələri tam olmasa da tama yaxın olsun.

Qabil 2019-03-27 08:42:56

Hamlet müəllimin həmin Universitetdə Sikizmund Freydən mühazirələr oxuyan, sonradan baş vermiş qalmaqallar üzündən Türkiyəyə köçdüyü deyilən qızı haqqında da məlumat versəydiniz pis olmazdı

Vətəndaş 2019-03-27 08:42:56

Dünya məktəbində 10000 manat təhsil haqqı ödəyənlərin adları açıqlansaydı ço x yaxşı olardı

Qardaşa dəymək olmaz! 2019-03-27 08:42:56

Etibar müəllim sağ olun ki,haqqın yanındasınız! Hamlet bəy çox yaxşı bilir qardaşı İsaxan nə işlə məşğuldur. Sadəcə Mail müəllimin müəllimliklə məşğul olduğunu da bilir! Qardaş olmadığı üçün o getməlidir və ona verilən çörək haramdır. Hamlet bəy bilmir və bilmək istəmir ki, çörəyi allah verir. O yəqin elə bilir ki, Mail müəllimə çörəyi allah yox, o verdiyi üçün işdən qovulmalıdır!

vetendaş 2019-03-27 08:42:56

Bu hansı Qamletdir?.... Ali məktəbə necə rəhbərlik edə bilər?

Ferman Abdullayev 2019-03-27 08:42:56

Hamlet cox kishi adamdir. Menim oglum orda oxuyur ve hormet edirler de...

QaraXəzərÇöplü 2019-03-27 08:42:56

Bir qayda olaraq bizdə bəlli bölgələrin yerlibaz və qohumbazlıqlarından danışılır.Amma "Xəzər" və "Dünya"da işləyənlərin və oxuyanların soyadları və doğum yerlərinə baxsanız o birilərə şükür deyəcəksiniz.Etibar müəllim deyir ki,bunlarda pulsuz oxuyanlar yoxdur,amma var-bəlli soyadların və kəndin nümayəndələri.Başqalarının ödədikləri yüksək təhsil haqqı hesabına kompensasiya olunur bunlar.İsaxanın əməlləri isə katolik kilsələrdə baş verənlər kimi bir gün üzə çıxacaq,aşa tökülüb qaşığa çıxan kimi

Mustesna 2019-03-27 08:42:56

Budce tehsil sosializminden "milli adli" Didici Kopitalizme! Hansi sirf kapitalist olkesinde telebenin odenishi hesabina hotel, istirahet merkezi ve ya yataqxana tikibler?

t.ədalət 2019-03-27 08:42:56

Yerli camaat Hamlet İsaxanlının Buzovnadakı villasında xüsusi olaraq həzz günləri keçirdiyini,bunun üçün dəstə ilə kababçılar topladığını danışırlar.Universitetə xarici vətəndaşların cəlb edilməsi onların adına xarici ölkələrə pul köçürülməsi üçündür.Özəlliyindən asılı olmayaraq,təhsil haqqının miqdarı dövlət tərəfindən təsdiq olunmalıdır.Belə olsa təsisçi və sahibkarların özbaşınalıqlarına son verilər.

Son yazılar