Tramp Con Reymondu ABŞ-ın Kosmik Qüvvələr komandanı təyin edib

ABŞ prezidenti Donald Tramp general Con Reymondu Birləşmiş Ştatların Kosmik Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Hantsvilledə (Alabama ştatı) Milli Kosmik Şuranın beşinci iclasında bildirib.

Qeyd edilir ki, onun çıxışını NASA translyasiya edib.

"Mən sizin hamınızı ABŞ prezidentinin bu gün Kosmik Qüvvələrin komandanlığının başçısının namizədliyini elan etməs barədə məlumatlandırıram. Hərbi Hava Qüvvələrinin generalı Con Reymond Birləşmiş Ştatların Kosmik Qüvvələri komandanlığına başçılıq edəcək", - deyə Pens bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar