“Hər dəfə ora daxil olanda demişəm ki, bura barıt çəlləyidir” - DYMX-nin rəis müavini

“Biz harada yaşayır, işləyiriksə, birinci növbədə özümüz təhlükəsizliyimizi təmin etməliyik. Əgər çalışdığımız hansısa sahə təhlükəlidirsə, oradan imtina etməli, yaxud müvafiq şəraitin yaradılmasını tələb etməliyik”. ONA-nın məlumatına görə, bunu canlı yayımda Lent.az-ın suallarını cavablandıran Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

R. Xudiyev hadisədən zərər çəkən insanları anladığını qeyd edib: “Bu insanlar borc-xərclə mağaza icarə götürür, mal gətirirlər ki, çörəkpulu qazansınlar. Onları görəndə ürəyim ağrıyır. Yanğın zamanı da çalışırdıq ki, salamat qalan malları çıxaraq. Bir neçə nəfərin seyfini belə çölə çıxartdıq”.

Rəis müavini qeyd edib ki, baş verən hadisədə obyekt rəhbərlərinin də məsuliyyəti böyükdür: “Obyekt tikən zaman tikinti norma və qaydalarına tam riayət olunmalı, artıq yüklənməyə icazə verilməməli, nəzarətçilər olmalıdır. Bura insanların kütləvi ticarətlə məşğul olduğu yerdir. Şükürlər olsun ki, kütləvi tələfat olmadı”.

R. Xudiyev nəzərə çatdırıb ki, özü də “Diqlas” Ticarət Mərkəzindən alış-veriş edib: “Mən hər dəfə ora daxil olanda demişəm ki, bura barıt çəlləyidir. Demişəm ki, burada bir hadisə olsa, insanlar salamat çıxsa, böyük şeydir. Bir məqamı da deyim. Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl də belə alkopon üzlüklərdən istifadə edilib. Nazirlik yaranmamışdan əvvəl tikilmiş binaya gəlib deyə bilməz ki, sökün. Nazirlik təkliflərini yazır. Ticarət mərkəzinin rəhbərliyi məsuliyyətlidirsə, nazirlik tərəfindən göndərilən məktubdakı təkliflərə riayət etməlidir. Digər tərəfdən, elə təklif var ki, onun həyata keçirilməsi üçün milyonlarla vəsait tələb olunur”.

Rəis müavini bildirib ki, yanğını söndürmək üçün əsas vasitə sudur: “Biz ora 100 avtomobil də cəlb etsəydik, orada yaxınlıqdan su daşınması üsulu həyata keçiriləcəkdi”.

635x100

Şərhlər

махмудов елман 2019-03-27 22:43:08

Har sey zancirvaridir oranin tiildiyi yer prospektin genislandirilmasi ucun nazarda tutulmus arazidir bas belada bas vermali idi muvafig cavabdeh gurumlar FHN BSIH hara naya baxirdilar yazig insanlar

Kənar adam 2019-03-27 22:43:08

Yanğından olan görüntüləri hər kəs izlədi. Binanın bir küncü ya- nırdı və yanğinsöndürənlər də kənardan su sıxırdılar. Həmin vaxt birinci mərtəbədən icəri girib,icəridən müdaxilə etsəydilər hər şey kül olmazdı. Ümumiyyətlə, qapıları açıb camaatı icəri buraxsaydılar millət vedrə- lərlə yanğını daha tez söndürərdi.

Ayzek 2019-03-27 22:43:08

FHN təzə yarananda bir oqnetuşitelə görə obyekti bağlayırdınız.Bəs DİQLASdakı bu boyda zıppıltıya niyə göz yumurdunuz?

Generala 2019-03-27 22:43:08

Bir kasıbın obyektinə işçiləriniz gəlndə onun dərisini soyurlar.Bəs Siz necə barıt çəlləyi görüb sakitcə oraya qarşı heç bir tədbir görmək istəməmisiniz?

Mamed 2019-03-27 22:43:08

Fovqalada Hallar nazirliyi legv edilmelidir. Hec neye yaramayan bir qrumdur

Son yazılar