Dövlət qoruğunda güclü yanğın olub

Bu gün saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək nazirliyin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib. Yanğın 100 hektara yaxın ərazini əhatə edib.

Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.

Nazirlikdən bildiriblər ki, ETSN-nin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində yanğın lokallaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar