Tereza Mey “Brexit”dən sonra istefa verəcəyini açıqlayıb

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb.

"Report" "TASS"-a istinadla xəbər verir ki, Tereza Mey bildirib: "Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini planlaşdırdığımdan öncə tərk etməyə hazıram".

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı idi. Ancaq Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini iki dəfə rədd edib. Nəticədə rəsmi London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Mayın 23-də isə Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar