UEFA Ukrayna yığmasını braziliyalı hücumçuya görə ciddi cəzalandıra bilər

UEFA İntizam Komitəsi Ukrayna yığmasına qarşı iş açıb.

"Report" qurumun rəsmi saytına istinadla xəbər verir ki, bu, milliləşdirilmiş braziliyalı hücumçu Junior Moraesin AVRO-2020-nin iki seçmə matçında iştirakı ilə əlaqədardır. Məsələyə komitənin yaxın iclaslarının birində baxılacağı açıqlansa da dəqiq tarix məlum deyil.

Moraesin AVRO-2020-nin seçmə matçlarında iştirakından Portuqaliya və Lüksemburq Futbol federasiyaları şikayət edib. Onlar 31 yaşlı forvardın Ukrayna yığmasında çıxış etmək huququnun olmadığını iddia edirlər. Bu, "sambaçı"nın yeni vətənində ölkəni tərk etmədən 5 il yaşamaması ilə əlaqələndirilir.

Etirazlar qəbul olunsa, Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər. Halbuki Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv səfərdə Portuqaliya ilə qolsuz heç-heçəyə, Lüksemburq üzərində isə 2:1 hesablı qələbəyə nail olub. Hazırda bu komanda 4 xalla B qrupunun lideridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar