SƏUDİYYƏ NÜVƏ GÜCÜ OLA BİLƏR! - Bu istiqamətdə ilk addımlar atılır

Xarici KİV-lərin məlumatına görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Energetika Nazirliyi (EN) nüvə energetikası sahəsində Ər-Riyadla əməkdaşlıq etmək üçün Amerika şirkətləri ilə 6 icazəni razılaşdırıb.

«Röyter» informasiya agentliyinin məlumatına görə, ABŞ-ın energetika naziri Rik Perri 6 icazə verib. İcazələr Səudiyyə Ərəbistanına nüvə texnologiyaları verməyi nəzərdə tutur. Vaşinqton krallığın ərazisində azı 2 atom-elektrik stansiyasının tikintisində iştirak etmək istəyir...

Mühəmməd bin-Salman 2017-ci ilin iyununda Səudiyyə Ərəbistanının varis şahzadəsi oldu, atası Salman bin-Əbdül Əziz Əl-Səud qardaşı oğlu Mühəmməd bin-Naifi bu tituldan məhrum etdi. Yeni, gənc və iddialı şahzadənin özünəməxsus vizit kartı «Vijn-2030» proqramı oldu. Proqram iqtisadiyyatın diversifikasiyasını (o cümlədən karbohidrogenlərdən asılılığı aşağı salmaq və bərpa olunan energetikanın inkişafı yolu ilə) nəzərdə tutur.

2018-i ilin noyabrında Səudiyyənin mətbuat agentliyi xəbər yayıb ki, varis şahzadə ölkədə ilk tədqiqat-nüvə reaktoru layihəsinə start verib. Bu layihə yalnız başlanğıcdır - 2032-ci ilə Səudiyyənin atom-elektrik stansiyaları 17,6 qeqavatt elektrik enerjisi istehsal etməlidir.

Tədqiqat reaktorunun tikintisi də tam olaraq «Vijn-2030» proqramına «sığışır». Babası Əbdül Əzizin şərəfinə onun adı verilmiş Elm və texnologiya Mərkəzinə səfəri çərçivəsində Mühəmməd bin-Salman 7 strateji layihəyə start verib. Reaktor onlardan yalnız biridir.

Qeyd edilməlidir ki, Səudiyyə mətbuat agentliyi ölkənin ilk nüvə obyektinin tikintisinə aid heç bir detalı (layihənin dəyəri və yerinə yetirilmə müddəti) barədə məlumat vermir. Ancaq layihənin başa satmasından sonra Səudiyyə Ərəbistanı özünün nüvə infrastrukturuna görə, Yamayka (onun Kinqstondakı tədqiqat reaktoru ilə) kimi ölkələrlə müqayisə oluna biləcək.

Səudiyyə Ərəbistanı nəinki Yaxın Şərq bölgəsində, hətta dünyada aparıcı iqtisadiyyatlardan birinə malikdir. 2017-ci ildə krallıqda nominal ümumi daxil məhsul (ÜDM) demək olar 700 milyard dollar təşkil edib. Buna baxmayaraq, milli nüvə proqramının fəal inkişafı üçün nəhəng iqtisadi potensialdan istifadəyə müəyyən mənada, bu yaxınlarda başlanıb.

Nüvə energetikası artıq qonşu Birləşmiş Ərəb Əmirliklərində (Cənubi Koreyanın «Korea Electric Power Corporation)» şirkəti ilə əməkdaşlıq şəraitində) və İordaniyada (ilk tədqiqat reaktoru yenə də Koreya Respublikasının koməyi ilə işə salınıb) inkişaf edir.

İranda ilk atom elektrik stansiyası 2010-cu ildə istismara verilib. İsraildə tədqiqat reaktorunun tikintisi hələ 1960-cı illərdə başa çatdırılıb. Ancaq Təl-Əviv tədqiqatlarla kifayətlənməyib. İsrail dövlətinin Baş naziri Qolda Meir vaxtilə deyib: «Birincisi, bizdə nüvə silahı yoxdur, ikincisi isə əgər ehtiyac yaranarsa, biz onu tətbiq edərik».

Səudiyyə Ərəbistanının milli nüvə proqramı 2018-ci ilin martında qəbul olunub. Proqramda qeyd olunur ki, atomun gücündən yalnız dinc məqsədlərlə istifadə olunacaq. Amma hələ 2011-ci ildə şahzadə Turki bin-Feysəl (Krallıq kəşfiyyatının eks-başçısı və Ər-Riyadın ABŞ-dakı keçmiş səfiri) bəyan edib ki, əgər İran nüvə silahı əldə edərsə, Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək imkanlarına baxa bilər.

Mühəmməd bin-Salman da mart ayında ABŞ-ın «CBS» telekanalına verdiyi müsahibədə uyğun bəyanatla çıxış edib: «Səudiyyə Ərəbistanı nüvə bombası əldə etmək istəmir, ancaq şübhəsizdir ki, əgər İran nüvə bambası hazırlasa, biz də tezliklə onun ardıyca gedəcəyik».

Tehran dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmaq planları yoxdur. Ancaq İsraildə və ABŞ-da bunun əksini iddia edirlər. Vaşinqton artıq Tehranla bağlanmış nüvə sazişindən çıxıb, ötən il noyabrın 5-dən isə İranın neft sektoruna yönəlik ABŞ-ın əlavə sanksiyaları qüvvəyə minib.

Xeyli maraqlıdır - əgər birdən Səudiyyə Ərəbistanı dinc atom yolundan saparsa, Vaşinqton ona qarşı sanksiya tətbiq edəcəkmi? Məlum deyil.

Bu yaxınlarda Səudiyənin Türkiyədəki səfirliyində müxalif jurnalist Camal Qaşıqçının qətlindən sonra, məlum oldu ki, Vaşinqton Səudiyyə ilə dostluq münasibtlərinin saxlanmasında çox maraqlıdır. Nədən ki, Səudiyyə Krallığı ABŞ hərbi-sənaye kompleksi (HSK) məhsullarının nəhəng alıcısı və İranın bölgədə barışmaz rəqibidir.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar