MEHRİBAN ƏLİYEVA ŞƏHİD AİLƏSİNƏ YENİ MƏNZİL VERDİ - Tikinti oliqarxı onların evini əlindən almışdı

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.

Şəhidin xanımı Nəcibə Axundova oxu.az saytına açıqlama verərək bildirmi.di ki, “Şərurlu İsfəndiyar”a əlavə ödəniş etməkdən imtina etdiklərinə görə, evləri əllərindən alınıb: “Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı. Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi. Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilələrlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi? Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kasasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə

Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb. 

N.Axundova onu da əlavə edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub:

“Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi.

Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir. Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmırdı.”

 

635x100

Şərhlər

S.Ənvərqızı 2019-03-29 14:30:05

Məmur özbaşnalığı nəticəsində ailəmə qarşı aparılan haqsızlıqlarla əlaqədar PA-da dəfələrlə qəbulda olmağıma və 7-il saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq heç birmüsbət nəticəsi olmamış, qanunun aliliyinə riayət edən məmurla üzləşmədim ?Belə məmurlardı Vətəndaşı dövlətdən narazı salan və əhali arasında sosial narazılıqları artırırlar ? Ona görədə qanuna, nəzarət qanunu yaradılmalı və məmurların iş fəaliyyətləri nəzarətə götürülməlidir ? Yoxsa yerli məmurlar özlərini "kiçik padşah" hesab edirlər ?

Ulvi Abbasov 2019-03-29 14:30:05

Allah Sizi qorusun!

antiAbu 2019-03-29 14:30:05

Şəhid ailəsinin başına gətirilənlər Azərbaycan Məhkəməsinin bazar olduğunu əyani şəkildə nümayiş etdirir. Bu məhkəmələr adətən vəzifəli və pullu vətandaşların əleyhinə qərar qəbul etmirlər. Üzə durquzmaq, şər atmaq praktikasından geniş istifadə olunur. Şərafət Məmmədova, Azər Və İlqar Hüseynov kimi sözə baxan hakimlər məhkəmələrdə yerlərinin toxunulmazlıqlarını ömürlük təmin ediblər. Hər məhkəmədə vəzifəli şəxsin öz hakimi var. Ona qarşı olan iddia ərizələrini bu hakimlərə verirlər.

ASEF 2019-03-29 14:30:05

KAS BU QAYQI CELILABATDADA OLAYDI

antiAbu 2019-03-29 14:30:05

Prezident Administrsuyasının şöbə müdiri, "Mur-Ay" dələduzlarının himayədarı, Zeynal Nağdəliyev, Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinin keşmiş müdiri, A. Məmmədovun qanunsuz işdə azad olması barədə Prezidentə yeddi il ərzində yazdığı 2030 məktubun mahiyyəti üzrə baxılmasına imkan verməyib. 2030-cu müraciət 08.08.2018 tarixli, M-6919 saylıdır. Dünyanın hansı ölkəsində Prezidentə yeddi il ərzində edilmiş 2030 məktub şəxsi maraq naminə zibil yeşiyinə atıla bilər? Narazılıqları, Zeynallar yaradırlar!

Fikrət Hacıyev 2019-03-29 14:30:05

GDU məmurları 2011-ci ilin dekabrında Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşı kimi mən işdən qovmuşdular. 52 və 29 sutkalıq aclıq aksiyasından sonra işə bərpa olunsam da, 17 aylıq itirilən əmək haqqımı ala bilmirdim. Ancaq Mehriban xanımın hüquqi yardımı sayəsində (vəkillə təmin olunmuşdum) həmin pulu ala bildim və övladlarım ali məktəbi bitirə bildilər. Bu yaxşılığı heç vaxt unutmayacağam. Amma GDU rektoru yenə məni işdən qovmağa çalışır, özü də 59 yaşımda.

Əli 2019-03-29 14:30:05

Şəhid ailəsinə ev vermək cox gözəl və mütləq lazımdır ancaq bu maqnat barədə də və belə oyunbaz məhkəmələr barədə də ədalətli qərar vermək rəhbərlərimizin vəzifə borcudur Bunların işi düzəldi sağ olsun xanım. O biri bədbəxtlərin işi necə olacaq ona kim bir əncam çəkəcək?

Prezidentimizi sevən 2019-03-29 14:30:05

5 villası, çoxsaylı mülkləri olan, gözü milyonlardan doymayan Şəki şəhər icra başçısı - VİDEO+FOTOLAR Tarix: Dünən, 16:04 Bölmə Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb. GundemXeber.Az Kanal 13.tv (internet televiziyasına)yə isitnadən xəbər verir ki, yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilir. Bundan əlavə, videosüjetdə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunur. İcra başçısının da mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirərək, sözü gedən videosüjeti və villaların fotolorını təqdim edirik.

Ayzek 2019-03-29 14:30:05

YAXŞI Kİ MEHRİBAN XANIM VAR İMİŞ...BU DÖVLƏTİN VƏ CƏMİYYƏTİN BƏZİ EYİBLƏRİNİ ÖRT-BASDIR EDƏ BİLİR.SAĞ OLSUN!

XX-1dən Ayzekə 2019-03-29 14:30:05

Alqışşşşşşşşşşş!!!!!!!!!!

Cənab Prezidentimizin etimadını doğrultmamlş ? 2019-03-29 14:30:05

5 villası, çoxsaylı mülkləri olan, gözü milyonlardan doymayan Şəki şəhər icra başçısı - VİDEO+FOTOLAR Tarix: Dünən, 16:04 Bölmə Bir müddət əvvəl 5 milyonluq malikanəsi ilə gündəmə gələn Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovla bağlı yeni məlumatlar yayılıb. GundemXeber.Az Kanal 13.tv (internet televiziyasına)yə isitnadən xəbər verir ki, yayımladığı videosüjetdə icra başçısının 5 villasının olduğu, sahibkarlardan abadlıq işi adı altında pul yığdığı iddia edilir. Bundan əlavə, videosüjetdə icra başçısının Şəkidə çörək biznesini inhisara aldığı qeyd olunur. İcra başçısının da mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirərək, sözü gedən videosüjeti və villaların fotolorını təqdim edirik.

X 2019-03-29 14:30:05

O haramyeyenin qulagi da burulsaydi yaxşı olardı

Mirzə AĞ 2019-03-29 14:30:05

Bu epizodda Balzakın məşhur aforizmi bir daha təsdiqini tapır: "Qısa müddət ərzində əldə edilmiş böyük kapitalın kökündə kriminal dayanır"

Son yazılar