"Araz mənim hesab etdiyimdən də “gönüqalın” imiş"- Hafiz Hacıyev Araz Əlizadəni təhqir etdi

"Bu adamda əxlaqşızlıq o səviyədədir ki..."

Müasir Müavat Partiyasının sədri Hafiz Hacıyev ASDP sədri Araz Əlizadə haqqında təhqiramiz fikirlər işlədib. Hafiz Hacıyev Araz Əlizadə haqqında fikirlərini Avropa.info-nun elektron ünvanına göndərib. Onun dediklərini olduğu kimi təqdim edirik: "Dünən Teleqraf.com saytı ASDP sədri Araz Əlizadədən müsahibə götürüb.

Araz Əlizadə həmin müsahibədə özünün kimliyini tamamilə unudub və mənim “bostanıma“ daş atıb. O,debatlar zamanı özünü çox “intizamlı “aparırdı. Seçkidən sonra tərbiyəsizləşməsinə səbəb nədir, onu bilmirəm. Onun dediklərini ciddiyə almasam da, cavabsız qoymağı da özümə sığışdırmıram. Mətbuat vastəsilə ona çatdırıram ki, farağat dursun!!! Yoxsa, baxmaram onun “göz yaşlarına”.

Arazın seçki şüarı “ləyaqətli ana”ola bilər. Bu şüara görə mətbuatda dəfələrlə atmacalar atıldı ona. Ancaq Araz mənim hesab etdiyimdən də “gönüqalın” imiş. Mən mətbuatı da qınamıram... Hər bir adamın zəif nöqtəsi var. Arazın da zəif nöqtəsi həmin ANA kəlməsidir. Araz iddia edir ki ,onun anası çox ləyaqətli xanım olub. Yadıma illərdir Zinyət xanım haqqında dolaşan lətifələr düşür. Və belə bir ailənin evladının indi kimlərəsə əxlaq dərsi keçməsi , şərəfdən-ləyaqətdən danışması çox gölüncdür. Hətta bu adamda əxlaqşızlıq o səviyədədir ki , qardaşım dediyi Zərdüş Əlizadə ilə mətbuatda bir-birlərinə nəlayiq söz deməkdən belə çəkinmirlər. Bunu mən, şərəfsizliyin ZİRVƏSİ adlandırardım. Vallah, bəlkə yenə məni qınayacaqsınız ki, Hafiz Hacıyev yenə başlayıb... Ancaq, Allah xətrinə, deyin görüm, iki qardaşın bir-birini bu cür ittiham etməsinin başqa adı varmı??? İstəyirsiniz, əxlaqsızlıq qoyaq bunun adını, istəyirsiniz, tərbiyəsizlik ... Fərq etməz, məntiqcə eyni məna daşıyır. Bəzən Zərdüşt və Arazın döğma qardaş olduqlarına şübhə də edirəm. Fikir verəndə görürsən ki, bunların zərrəcə oxşar cizgiləri yoxdur. Burdada adamın fikrinə alayı şeylər girir (nəhlət şeytana) . Araz Əlizadə müsahibədə ailə əxlaqından dəm vurur. İki qardaş arasında olan hüsumət, intriqa onların necə əxlaqlı ailədə tərbiyə aldığından xəbər verir...

Araz Əlizadə yaxşı olar, sakit dayansın və dilini farağat qoysun. Yoxsa onun ailəsinin həyat ensiklopediyasını çıxarıb cəmiyyətə təqdim edərəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar