80 YAŞINDA İCRA BAŞÇISI OLMAĞIN SİRRİ - "Əmək qabiliyyətini itirmiş vəziyyətdədir..." 

Azərbaycanda 80 yaşında icra başçısı var. Sabah - aprel ayının 1-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin 80 yaşı tamam olur. Uzun illər yüksək vəzifələrdə çalışmış 80 yaşlı Xanbabayevin daha nə qədər vəzifə kreslosunda əyləşəcəyi məlum deyil. Amma hər halda bu yaşda bir adamın belə məsul vəzifədə qala bilməsinin bir sirri olmalıdır...

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Sovet hakimiyyəti dövrü - ötən əsrin 70-ci illərindən başlayaraq Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, müstəqillik illərində isə Naxçıvan Muxtar Respublikasının baş naziri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini kimi mühüm vəzifələr tutub. 23 oktyabr 2004-cü ildə, Azərbaycanda müəllimlərin, dövlət qulluqçularının və digərlərinin məcburi pensiyaya çıxarıldıqları yaşda - 65 yaşında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 15 ildir bu vəzifədə işləyir və belə görünür ki, hələ bundan sonra da işləməkdə davam edəcək.

Maraqlıdır, 50 ildir belə yüksək vəzifələrdə çalışan Şəmsəddin Xanbabayevin 80 yaşında belə kreslosunu qoruyub saxlaya bilməsinin sirri nədir?

xanbabayev

"AzPolitika.info"nun əməkdaşı bu sual ətrafında hörmətli Xanbabayevi yaxından tanıyan bir mənbə ilə söhbətləşib.

Mənbə ilk növbədə bildirib ki, Şəmsəddin Xanbabayev dərin bilikləri, savadı və idarəetmə bacarığı ilə seçilməyən bir şəxsir: "Rəhbər vəzifələrdə işlədiyi illərdə hər zaman hazır məruzələr, çıxışlar stolunun üstünə qoyulub, o da tribunadan ucadan oxuyub. Nə əlavələr edib, nə də bir cümlə dəyişib. Amma şirin dili ilə rəhbər və vəzifəli məmurlarla ünsiyyət qurmaqda, münasibət yaratmaqda professordur. Bu səbəbdən də istər raykom, istərsə də qorkom katibi işləyərkən siyasi rəhbər kimi yox, təsərrüfat briqadiri kimi işləmiş, küçələrə asfalt döşəyib, divarlara kərpic yapışdırmışdır..."

Həmsöhbətimiz qeyd edir ki, 80 yaşlı icra başçısı özünün demək olar ki, hər çıxışında siyasi savadının, təfəkkürünün olmadığıını nümayiş etdirir: "Bu yaxınlarda özünü növbəti dəfə ölkə başçısına sədaqətli göstərmək üçün televiziyalardan birində öz xatirələrini bölüşürdü. Daha doğrusu, həm də özünü ifşa edirdi. O, vurğulayırdı ki, Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi işlədiyi dövrdə Yerevana səfər edərkən şəhərin mərkəzində Sov.İKP MK Siyasi Bürosunun üzvlərinin portretlərinin asıldığını görüb, onun qənaətinə görə Heydər Əliyevin portretinin əlifba sırası ilə Brejnevdən sonra asılmalı olduğu halda, ən axırıncı yerdə vurulduğunu müşahidə edir. Dərhal Heydər Əliyevə zəng edib bu barədə məlumat verir. Əvvəla, Şəmsəddin Xanbabayevə anlatmaq lazım gəlir ki, Brejnevin SSRİ-yə rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü yox, üzvlüyünə namizəd idi. Namizədlərin portretləri üzvlərlə birgə deyil, ayrı vurulurdu.

Brejnev 1982-ci ilin noyabr ayında dünyasını dəyişəndən sonra SSRİ-nin başına Yuri Andropov gəldi, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədri Tixonova birinci müavin təyin edildi və Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi. Şəmsəddin müəllim, partiya sovet orqanlarında bu qədər rəhbər vəzifələrdə işlədiyiniz halda bunları bilmirsinizsə, buna yalnız təəssüflənmək lazımdır.

O ki qaldı portretin yerinə düzgün vurulmamasına görə Heydər Əliyevə dərhal zəng etməyinizə, bax bu tamamilə ağ yalandır. Əvvəla, o vaxt indiki kimi mobil telefon yox idi ki, siz dərhal zəng edə biləsiniz. İkincisi, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin müavini, Politbüro üzvü olduğu illərdə heç bir qorkom, raykom katibi onun koordinatlarını bilmirdi və ona zəng etməyə cürət edə bilməzdi..."

Mənbə deyir ki, Ş.Xanbabayevin səhhəti ona icra başçısı kimi gərgin iş tələb edən vəzifədə fəaliyyət göstərməyə imkan vermir: "Məndə olan məlumata görə əməliyyat yolu ilə iki orqanı çıxarılıb, üstəlik şəkər xəstəliyindən əziyyət çəkir. Yəni demək olar ki, əmək qabiliyyətini itirmiş vəziyyətdədir. Amma vəzifələr ondan çoxdan əl çəksə də, o vəzifədən əl çəkə bilmir. Çünki vəzifə, səlahiyyət hərisidir. Xaçmaz rayonunda çoxlu sayda heykəllər, abidələr quraşdırıb. Samovar, fil, dəvə və sairə. Özü də bunları yaxşı işləməyin göstəricisi kimi qabardır..."

Mənbənin sözlərinə görə, 80 yaşlı Şəmsəddin Xanbabayev artıq  xaçmazlıları da yorub. Onlar 80 yaşlı icra başçısını gənc, savadlı bir kadrın əvəzləyəcəyini səbirsizliklə gözləyirlər...

V.NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Ayzek 2019-03-31 11:52:07

Luvr muzeyinə və ya Ermitaja layiq canlı eksponatlardan Azərbaycanda turizmin inkişafı üçün istifadə edilsə büdcəyə xeyli dərəcədə fayda vermiş olarlar.

Vətənoğlu 2019-03-31 11:52:07

Şəmsəddin müəllimin 80 - yaşı olmasına baxmayaraq, Şəkinin İcra Başçısından çox-çox cavandır......?

Vətən OĞLU 2019-03-31 11:52:07

Xaçmaz yenə yaxşıdır,iş görülüb ? Şəkiyə dövlət tərəfindən milyonlar ayrılmasına baxmayaraq, ən geridə qalmış rayonlar syahısında 1-ci dir ?

bmw 2019-03-31 11:52:07

deyerdim ki şimal rayonlarının hamısından Xaçmaz her şeyde liderdir

bmw 2019-03-31 11:52:07

Xaçmazlılar bilir Xanbabayev necə başçıdır xaçmazın əvvəlin görənlər bilir o kişi nələr edib boş yerə kişiyə ləkə yaxmayın

Vətən OĞLU 2019-03-31 11:52:07

nə yaxşı ki,ölüm var

һчгсг-yə 2019-03-31 11:52:07

Nə olsun Ş.Xanbabayevin 80 yaşı var. Kişi Xaçmazda səliqə-səhman və şəhərin gözəlləşməsində çox işlər görüb. Mənim hərdən Xaçmaza yolum düşəndə bu gözəlliklərdən zövq alıram. Siyəzənin İHB Asif Hüseynov 2015-ci ildən, 34 yaşından bu günə kimi başçıdır. Lakin onun gəlişindən sonra Siyəzəndə heç bir dəyişiklik hiss edilmir. Köhnə İHB Arif Qasımov gedəndəndən sonra (indi Nizami RİHB-dır) elə bil rayonda başçı yoxdur. Yəni söhbət heç də başçının yaşında deyil. Hər başçı rayona gəlir və bir müddətdən sonra gedir. Gedəndən sonra həmişə yaxşı işləri ilə də (dədəsinə rəhmət oxutdurur), pis işləri ilə də xatırlanır.

G.Həbibova 2019-03-31 11:52:07

TƏRİFİ,PULU,İÇKİNİ VƏ .... HƏR ŞEYDƏN ÇOX SEVƏN ... ŞƏMSƏDDİNİN BAŞÇI OLMAĞI BU GÜN XAÇMAZI İDARƏ EDƏN ŞƏXSƏ DƏ SƏRF EDİR.ŞƏMSƏDDİNİN ADINI DƏYİŞİB AĞSAQQAL QOYUBLAR.BELƏ İŞLƏMƏK ŞƏMSƏDDİNƏ DƏ SƏRF EDİR, ƏTRAFİNA DA.80 YAŞINDA .... BİRİNİ ÖZÜNƏ AĞSAQQAL SEÇƏN ONUN KİMİLƏRİ TƏRİFLƏYƏCƏK.Ş.XANBABAYEVİN VƏZİFƏDƏ QALMASININ BİR SİRRİ DƏ VAR. XANBABAYEV ....N YEGANƏ İCRA BAŞÇISIDIR.ÖLƏNƏ QƏDƏR İCRA BAŞÇISI QALMAQ ONUN SIĞORTASIDIR.....

AYRİM 2019-03-31 11:52:07

Allah Əjdər Xanbabayevə rəhmət eləsin. O ki qaldı Şəmsəddinin bu günə kimi nədən vəzifəsini itirməməsinə onu tək bir adam bilir vəssalam.xacmaz camaatı isə guya bindan yaxşısını görəcəklər?

Eyvaz 2019-03-31 11:52:07

Her zamanki menzeredir. skandalla gundeme gelmis tutdugu vezifeye layiq olmayan lakin meddahligi bacaran adamlara onem verilir. Bele memurlar da teyinatina uygun olmayan islerle mesgul olub dovletin budcesini bos yere xercleyir. Bu adam ise nece ildir xacmazdadir, ne olsun? Indiyedek Xacmaz rayonu iqtisadiyyati ile numune olmali idi.

dövlətimizi sevən 2019-03-31 11:52:07

Əmək qabiliyyəti məhdud olan məmurların vəzifədə olmaları, rayonu inkişafdan qoymaq deməkdir ? Əmək qabiliyyəti məhdud olan İcra başçılarından biridə Şəki İHB-dır ? Rayonun inkişafı naminə belə icra başçıları vaxtında yola salınmalıdırlar ?

mirko 2019-03-31 11:52:07

Bu yazını yazmamaq üçün şəmsəddindən nə qədər pul istəmisiz? Və ya bu yazını yazmaq üçün kim sifariş edib? şəmsəddinin yerinə kim göz tikib? Mən 5-6 ay bundan qabağ olmuşam.şəxsən ən xoşum gələn rayonlardan biridir.xüsusən də Mərkəzi küçələrində ki, arnametlər.

Dr.AGAOGLU 2019-03-31 11:52:07

Onun getməsi heckimden yox,özündən asılıdır.Özü 100 yaşinda belə istəməsə orada qalacaq.Onun XİDMƏTİ olub.Olmasın bir rayonun statistikası.

EJDER 2019-03-31 11:52:07

BRABO WEMSEDDIN,SOVET,KQBE COREYI YEMEK BUDUR.GINNESIN REKORDLAR KITABINA DUWECEK MEMURLARIMIZ COXDUR.YEGIN SOVET HAKIMIYYETINDEN QALMIW MOBIL NOMREN DEYIWMEZ QALIB...80 ILDE YAWA.

Ekspert 2019-03-31 11:52:07

Bəli,Şəmsəddin müəllim sirrli insandır.2014 ya 2015-ci illərin hansı idi yadımdan çıxıb.İlin 9 aylıq hesabat yığıncağında mən də iştirak edirdim.Həmin ildə Xaçmaz şəhərində abadlıq və konalizasiya sisteminin yenilənməsi adı ilə ölkə prezidenti 5000000 AZN Xaçmaz r/n-a ayrılması barədə sərəncam imzalamışdı. Şəmsəddin m-m elə iclasda da bu məsələyə aydınlıq gətirdi. Dediki,siz elə bilirsiniz o 5 milyon Xaçmaza aiddir? Xeyr. bu abadlıq və quruculuq işlərini sizli,bizli yığılıb(yəni atışıb)özümüz icra edəcəyik.

Sevinc Eliyeva 2019-03-31 11:52:07

Xacmazda ishsizlik bash alib gedir.Cavanlar ishsizlikden, pulsuzLuqdan qoca babaya osxayirlar. Onun evezinde ise Semseddin muellim cavanlasdir.Hele bizim hec bir rayonda olmayan Ilham bulagimiz var. Bax cavanlasmanin sirri budur. Kendlerde it pisikler de yoxa cixib,acindan qirilir. Bax bunu gorub dehsete geldim.

һчгсг 2019-03-31 11:52:07

Сavanlar işsizlikdən qocalır, vəzifədəki qocalar da insanları bezdirir,yorur. Bax beləcə də həyat davam edir, edir,edir.

bmw 2019-03-31 11:52:07

vallah men o kisi kimi xacmaza baxan ikinci basci tanimiram nece yasi var bunun metlebe daxli yoxdur

Qoca Molla 2019-03-31 11:52:07

..........

Abbas 2019-03-31 11:52:07

Belələri çoxdur.Bu keçmişin qalıqlarını.... ortaya çıxarıb və millətin boğazına keçirib.

Pensiner 2019-03-31 11:52:07

Başa düşmek olmur bu 80 yaşında antikvardan niye el çekmirler

Cavidan Rəsulov 2019-03-31 11:52:07

Burada sirr axtarmağa ehtiyac var? Adam onlardandır vəssalam.Azərbaycan rayonlarının (Bakı da daxil olmaqla) bir nəfər onlarla qarışığı olmayan Azərbaycanlı icra başçısı,nazir,polisrəisi,prokuror göstərmək olarmı?.....Ona görə ölkə bu gündədir...

yengibar 2019-03-31 11:52:07

Onun yerinə məncə, milli deputat Ziyad Səmədzadəni qoymaq lazımdır, cavan, enerjili insan, güclü iqtisadiyyatçıdır.

yalçın 2019-03-31 11:52:07

nədəni bəllidir...əsas vətənə yaxınlıq deyil, bədənə yaxınlıqdır..düz tutub dövrün nəbzini o üzdən kürsüdədir ölənəcən..

Son yazılar