Mitinqçilərə əl qaldırmayan polislər cəzalandırılıb

“AzPolitika.info” xəbər verir ki, İnquşetiyanın paytaxtı Maqas şəhərində bir neçə gün öncə keçirilən mitinqdə əhaliyə qarşı güc tətbiq etməyən hüquq-mühafizə oqanlarının əməkdaşları cəzalandırılıblar.

Bu barədə məlumatı mətbuata İnquşetiya prezidentinin sabiq sözçüsü, hazırda isə vəkil kimi fəaliyyət göstərən Kaloy Axilqov verib.

Xatırladaq ki, martın 26-da İnquşetiyanın paytaxtında respublikanın Çeçenistanla sərhədində ikincinin xeyrinə dəyişikliklər edilməsilə bağlı qərara etiraz olaraq, izdihamlı mitinq keçirilib. Mitinq hökumətlə razılaşdırılsa da, mitinqçilər respublika rəhbərliyinin istefaya göndərilməsini tələb edəndən sonra aksiyanın dağıdılması ilə bağlı göstəriş verilib. Buna baxmayaraq, 10 minədək iştirakçısı olan aksiyanın təhlükəsizliyini təmin etməli olan yerli polis taboru əhaliyə əl qaldırmaqdan boyun qaçırıb.

K.Axilqov bildirib ki, polis işçiləri hətta mitinqin dağıdılması üçün göndərilən rus qvardiyasının əsgərlərini də mitinqə yaxın buraxmayıblar və onların əhaliyə qarşı zor tətbiq etmələrinə imkan verməyiblər: “Bu taborun hesabına mitinqçilər arasında tələfat olmadı və çoxlu sayda rus qvardiyaçılarının əraziyə girişinin qarşısı alındı...”

Qeyd edək ki, həmin mitinq səhər saatlarına qədər davam edib və yalnız hakimiyyət təmsilçilərinin mitinqçilər qarşısına çıxaraq, müəyyən vədlər vermələrindən sonra başa çatıb. Lakin öz xalqının təəssübünü çəkən polis taboru cəzasız qalmayıb. Nəticədə 19 polis əməkdaşı xidmətdən azad edilib və tabor bütövlüklə dağıdılıb.

O da qeyd olunur ki, belə aksiyalar İnquşetiya və Çeçenistan rəhbərlərinin oktyabrda keçirilən görüşündən sonra tez-tez baş verir. Səbəb isə həmin görüşdə iki respublika arasındakı sərhədlərə yenidən baxılmasına dair qərarın qəbul edilməsidir.

635x100

Şərhlər

vızz 2019-03-29 21:45:01

Dünyada heç bir millət öz soydaşına əl qaldırmır. Təklif: ora bizim daxili qoşunlarımızdakı kürd polklarından 1-2-sini göndərin, gedib inquşların ciyərlərini çıxarsınlar!!!!!!!!!!!!!

Son yazılar