«BRİKS diqqəti konkret layihələrə cəmləşdirməlidir» - Braziliyanın xarici işlər naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Braziliya hökuməti BRİKS-in qarşılıqlı fəaliyyət formatına (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) konkret layihələrin reallaşdırılması üçün effektiv vasitə kimi baxır.

Bu barədə Braziliyanın xarici işlər naziri Ernestu Arauju ölkə parlamentinin beynəlxalq münasibətlər və milli müdafiə komitəsinin iclasında bəyan edib.

«Biz istəyirik ki, BRİKS konkret məqsədlərə xidmət etsin» - diplomat bildirib və 2019-cu ildə bu birlikdə Braziliyanın sədrliyinin prioritetlərini - innvovasiya və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı xatırladıb. Arauju hesab edir ki, bu məsələlər üzrə «beşlik» ölkələri qarşılıqlı-faydalı nəticələrə nail ola bilərlər. Bu zaman, BRİKS iştirakçılarının siyasi məsələlərdə, əsasən də gündəliyə daxil olmayan məsələlərdə yekdil olması mütləq deyil.

«Bu vasitələrdən düzgün istifadə olunarsa, BRİKS həm Braziliyaya, həm də digər həmkar dövlətlərə çox şey verə bilər» - nazir bildirib və dəqiqləşdirib ki, formatın əsasına məhz bu ideyalar qoyulub və inteqrasiya barədə söhbət getmir.

BRİKS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (CAR) arasında dövətlərarası qeyri-formal birlikdir. Üzv ölkələrin liderlərinin müntəzəm sammiti 2009-cu ildən keçirilir. 2013-cü ildən başlayaraq, sədrlik edən ölkə bu tədbirlərə coğrafi və geopolitik baxımdan yaxın olan ölkələri də dəvət edir. Sonuncu belə görüş 2018-ci ilin iyulunda Yohannesburq (CAR) şəhərində keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar