“İnqilab baş vermədi” - Paşinyan Əliyevlə danışıqlar barədə

Azərbaycan prezidenti ilə danışıqlardan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan Vyanadakı erməni diasporunun nümayəndələri ilə görüşə yollanıb. İ.Əliyevlə danışıqlardan sonra diasporla görüşlər N.Paşinyan üçün bir növ ənənə halını alıb. Moskvadakı görüşdən sonra da Paşinyan diasporla görüşmüş və ilkin təəssüratları ilə bölüşmüşdü. Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü müsbət qiymətləmndirib.

Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyişin, inqilabın, yaxud da dönüşün baş verdiyini demək olmaz. Lakin vacibdir ki, tərəflərə özlərinin təsəvvürləri, problemləri və gündəlikləri barədə, onun – Paşinyanın hələ Xankəndində bəyan etdiyi proses haqqında danışmağa imkan verən proses başlayıb.

“Ümid edirəm ki, prezident Əliyev də görüşü müsbət qiymətləndirəcək. Mən müsbət qiymətləndirdiyimi deyəndə, bu o demək deyil ki, kimsə udub, kimsə uduzub. Bizim qeydə almalı olduğumuz əsas dəyişiklik odur ki, çıxıb mən qalib gəldim, o isə uduzdu demək kimi bir öhdəlik yoxdur. Söhbət başlayıb, hər bir tərəfin öz təsəvvürü var. Münaqişənin çox dərin kökləri var. Vəziyyət çox mürəkkəbdir, problem çox dərindir”, - baş nazir deyib.

İndi aşağıdakı məsələlərin üzərində düşünməyin əsl vaxtıdır. Misal üçün, münaqişə tərəfləri səy göstərə bilərlərmi ki, təmas xəttində vəziyyət sabit qalsın, tərəflər buna nail ola bilərlərmi ki, sərhədyanı kəndlər normal həyatlarını yaşasınlar, kənd təsərrüfatı ilə məşğul olsunlar və qarşı tərəfin atəşinə tuş gələcəklərindən qorxmasınlar.

O ümid etdiyini bildirib ki, bu məsələlərlə bağlı qiymətləndirməsi və Əliyevin görüşə verəcəyi qiymət bir-birindən çox fərqlənməyəcək.

635x100

Şərhlər

EJDER 2019-03-29 23:25:35

SEN DIQA XOWLUQLA TORPAQLARI QAYTARAN DEYILSEN...SIZI ANCAQ VURMAQ,EZMEK, ANAVUZU...LAZIMDI.ONSUZ BOW WEYDI.BUNU HAMI BILIR.HANI BU LAZIM...EGER QARABAQ ERMENISI BILSE KI,AZER. VETENDAWINA HER AY 200 DOLLAR VERIRILIR...KECERLER BIZ TEREFE...

AYRİM 2019-03-29 23:25:35

Qarabağdan qacan uşağın indi 30 yaşı tamam olur. Bir azcada döz həbsi yaxşı olar inşallah...

Son yazılar