BDU-nun yeni rektorunun bu hərəkəti təqdir edildi - VİDEO

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ali təhsil müəssisəsində tələbəyə qarşı atdığı addımla gündəm yaradıb.

Axar.az-ın məlumatına görə, BDU-nun bufetində olan rektor burada ad gününü qeyd edən tələbə olduğunu sezərək, onun masasına yaxınlaşıb. Tələbələrdən birinin verdiyi məlumata görə, rektor gənclərə ad günü tortu dadmaq istədiyini deyib. Tələbələr isə hələlik tortun gəlib çıxmadığını bildiriblər.

Otağına qayıdan rektora az sonra tələbələrin tort dilimi göndərdiyini deyiblər. Bunu eşidən rektor yenidən bufetə qayıdıb və ad günü olan tələbəyə şokolad hədiyyə edərək, onun alnından öpüb.

Rektorun bu addımı BDU-da və sosial şəbəkələrdə təqdir edilir:

635x100

Şərhlər

Vətəndaş 2019-03-29 23:47:20

Məndə elə bildim hansısa aztəminatlı tələbəyə təhsil haqqqında güzəşt eliyib

Etibar Əliyev 2019-03-29 23:47:20

E. Babayev rektor təyinatına münasibətimizi bildirmişik. Zaman-zaman özünü doğruldacaq.

MRP 2019-03-29 23:47:20

Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq insan həmişə sadə olmalıdır.Bu tip insanlara həmişə hörmətim olub və olacaq.

Mezun2003 2019-03-29 23:47:20

Abel Meherremov universitete rektor teyin olunanda 1999da men 1ci kursda oxuyurdum. Geldi idman zalina bizle voleybol oynadi. Bu bir jestdir deyesen yeni teyin olunan rektorlarda. Ya da deyl korneginin qizil qaydarina benzer bir wey.

Son yazılar