Adil Əliyevdən “Şərurlu İsfəndiyar”a irad - “Yaraşan hal deyil…”

İş adamı "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarması ictimai rəydə birmənalı qarşılanmayıb.

İctimaiyyət nümayəndələri məhkəminin qərarını və iş adamı qınayıblar.

Millət vəkili Adil Əliyev açıqlamasında məsələnin mahiyyətindən təfərrüatlı xəbərdar olmadığını bildirsə də İsfəndiyar Axundovun şəhid ailəsinə qarşı iddia qaldırmasını doğru saymayıb:

"İstənilən halda şəhid ailələri bizlər üçün bir əmanətdir. Hər bir Azərbaycan vətəndaşı şəhid ailəsinə hörmətlə yanaşmağa borcludur və şəhid ailəsinin problemini öz problemi bilib, həllinə çalışmalıdır. Ona görə də üzülərək söyləyirəm ki, bu bizə yaraşmayan haldır. Heç bir Azərbaycan vətəndaşı şəhid ailəsinin əlindən nəyisə ala bilməz. Əksinə, şəhid ailəsinə kömək etməlidi”.

Adil Əliyev şəhid ailəsinin mənzil probleminin ən üst səviyyədə həll olunmasının sevindirici və nümunəvi addım olduğunu qeyd edib.

635x100

Şərhlər

Əlosət 2019-03-30 00:02:21

Qərarı verən Hakimə 10il gəza verilsə obirsilərinədə dərs olar.İsfəndiyar cox evlər yixıb.

pensioner 2019-03-30 00:02:21

Azərbaycanda isfəndiyarlar çoxdur və onlar krışaları ilə birlikdə kök atıblar,inkişaf edərək qollu-budaqlı olublar.

Məğrur Bədəlsoy, Qarabağ əlili 2019-03-30 00:02:21

Bakının Əhməd Rəcəbli küçəsi- 46 ünvanındakı əlil və şəhid ailələrinə tikilən evi bütöv şəkildə zəbt ediblər. Evin şəhid, əlil sakinləri hava belə görmür. Evi zəbt edənlər onun yerində "Nobel Elektrik" ,"Omid" ticarət mərkəzləri tikib. Evi isə cəmi 8 sota "pərçim" ediblər. Təsəvvür edin, əlillər üçün tikilən evin adi pandüsü ,kanalizasiyası belə yoxdur. "Girdirmə" sahibkarlar buranı özlərinə gəlir yeri seçiblər. Bunlar oliqarxlardır. Mətbuatı da qoymurlar yazsın. Deputatlarını belə tanımırlar. Heç deputatın özü də buranı tanımır. Məhkəməyə verəndə də baxılmasına qoymurlar. 2 şəhid verən ana məcbur olub burdan qaçıb. Evin zəbt edilməsi hər gün davam edir. Bura fövqəladə hallarda təcili yardım maşınları da girə bilmir. Ətrafda bir ağac belə yoxdur. Piyada yolu,keçidi, istirahət guşəsi və s. zəbti edilib. Evi zəbt edənlər vəzifəli şəxslərdir. BŞİH-İN memarlıq idarəsi burdakı obyekt və villa sahiblərinin adını Həsən Həsənov, Xudaqulu Rzayev göstərib. Bu evin açılışı da gizli olub. Prezident xarici səfərdə olanda gizlincə açılışını ediblər. İndi hamı qəhraman olub, şəhid ailələrinin mənzil məsələsindən bar-bar bağırır. Bəs bu boyda bütöv evi zəbt edib ələ keçiriblər, niyə heç kim dillənmir? Şəhidin oğlunu qanpulunu istədiyinə görə həbs edəndə niyə kimsənin səsi çıxmadı? Həmin şəhid oğlu Toğrul da bu evdə yaşamağa məcburdur.

EJDER 2019-03-30 00:02:21

AZERBAYCANDA IWADAMI,BIZNESMEN VAR.HA HA HA .LAP GULMELIDI.HER YERDE MOPOLIYADI...

Bashirov Qarib 2019-03-30 00:02:21

Şəhid ailəsi bir ildir məhkəmələrdə surundurulurdu,maddi və mənəvi əzab verilirdi, hamı susurdu.Yuksək səviyyədə bu məsələ musbət həll olundu və fursəti əldən qaçırmayıb başladılar fəaliyyətə.

Dr.AGAOGLU 2019-03-30 00:02:21

Ay Isfendiyar kişi və sənin kimi düşünənlər! Bütün şəhid ailələrinin ATALARI bu ölkədə o mənzillərin,iş yerlərinin,nəqliyyatdan pulsuz istifadənin,şəxsi enerji məsrəfinin və s. pullarını ödəyib gediblər.Bunu UNUTMAYIN !

Geber 2019-03-30 00:02:21

İşin təəfüratlari mübahisənin ədalətili olub olmamasi , mülkü məcəllə ilə izahi birmənali həlli , sayilib secilən iş adami ücün , istəsək də , istəməsək də yoxdür . Sənin adin 1000 ədəd mənzil ilə ğündəmdə olubsa , şəhid sözünün qarşisinda instinktiv özunumüdafiyə siqnalin olmali idi . Haqlisan , haqli deyilsən artiq mənasizdir . İmkanli şəxs mənzili özündə fors majora silməli idi 25 yaşimda sahidəm bir insanin aldiqi uc evdən birinə qecə ikən şəhid ailəsi ğirdi , həmən şəxs ğöz bağladi

Son yazılar