Tramp KXDR liderindən öz raketlərini ABŞ-a verməsini istəyib

ABŞ prezidenti Donald Tramp fevral ayında Hanoy şəhərində təşkil olunmuş sammit zamanı Şimali Koreya lideri Kim Çen Ina ölkəsinin nüvə silahını və yanacağını Birləşmiş Ştatlara təhvil verməli olduğunu əks etdirən sənəd təqdim edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp koreya və ingilis dillərində olan sənədi fevralın 28-də “Metropol” otelində KXDR liderinə verib. Agentlik mənbəyə istinadən yazır ki, həmin sənəd məhz ABŞ-ın “Şimali Koreyanın nüvəsizləşdirilməsinin yekun və tam yoxlaması”na şübhə ilə yanaşdığını göstərməli idi.

Belə ki, sənədin ingilis dilində olan variantında KXDR-in nüvə infrastrukturunun tam ləğvi, bioloji və kimyəvi silah istehsalının, eləcə də bütün ballistik raketlərin, atış qurğularının və bunlara aid bütün obyektlərin məhv edilməsi istənilib.

Bundan başqa, sənəddə rəsmi Pxenyandan nüvə proqramı haqqında hərtərəfli bəyannamə, nüvə infrastrukturuna aid bütün növ obyektlərin inşasının dayandırılması, habelə ABŞ müfəttişləri və beynəlxalq mütəxəssislər üçün buraxılışın təmin edilməsi tələb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar