MİLLİ MƏCLİSİN DEPUTATLARI VAŞİNQTONDA – ABŞ-dan siyasi dəstək istənildi

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti ABŞ Konqresi Senatının və Nümayəndələr Palatasının üzvləri, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin rəhbər üzvlərinin peşəkar heyəti, Dövlət Departamentinin rəsmiləri ilə görüşüb, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (The American Israel Public Affairs Committee – AIPAC) Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıb, habelə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (The Center for Strategic and International Studies – CSIS) “Dəyişən Qafqazda Azərbaycan: xarici və daxili siyasətdə inkişaflar” mövzusunda müzakirələrdə spiker qismində çıxış ediblər.

Konqresdə və Dövlət Departamentində keçirilmiş görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu, terrorçuluğa qarşı mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.

Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilib. Konqres üzvləri Azərbaycanda aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulayıblar.

Görüşlərdə tərəflər regionda gedən proseslər barədə də fikir mübadiləsi aparıblar. Azərbaycanlı deputatlar ölkəyə qarşı geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra onun siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib.

Görüşlər zamanı parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bu sahədə qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.

Martın 29-da ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və regionda baş verən hadisələr barədə məlumat veriblər, ölkədə həyata keçirilən silsilə islahatların təfərrüatları barədə fikirlərini bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət azərbaycanlı deputatların diqqətə çatdırdıqları əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov nümayəndə heyətinin ABŞ-a səfərinin çox səmərəli keçdiyini bildirib. O qeyd edib ki, səfər zamanı konqresmenlərlə, senatorlarla və Konqresin rəhbər üzvlərinin peşəkar heyəti ilə Azərbaycanın reallıqları, ölkədə həyata keçirilən islahatlar və ən əsası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətraflı müzakirə olunub. ABŞ qanunvericiləri nümayəndə heyətini çox yüksək səviyyədə qəbul edib, öz dəstəklərini əsirgəməməyə hazır olduqlarını bildiriblər. Konqres üzvləri hazırda Azərbaycanda həyata keçirilən islahatları bəyənirlər və bunun davamlı olmasına tərəfdardırlar.

S.Seyidov bu səfərin müsbət əks-səda verəcəyinə, eləcə də ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənəcəyinə, Azərbaycan milli maraqlarının ABŞ-da yüksək səviyyədə əks etdiriləcəyinə əmin olduğunu bildirib.

[gallery size="full" ids="501979,501980,501982,501983,501984,501981"]

635x100

Şərhlər

Sabir Məmmədov 2019-03-30 10:04:45

Səviyyəsiz insanları deputat yazıb milləti xaricilərin gwlünc hədəfinə çeviriblər. Ölkə buraxılıb bir neçə nəfər,,,,, sərəncamına.Hərə öz keyfindədir.Yazıq millət də səsini çıxaranda xaricdən gətirilib polis edilən adamlarla millətə divan tutdururlar.Nə sosial ədalət var,nə qanun,nə də konstitusiya maddələri işləyir.Rus demişkən "tot prav u koqo bolşe prav".Ümid qalıb Allaha.İnşaallah bir gün onu görəcəyik.

fikrət 2019-03-30 10:04:45

Qorxurlar ki pullari sanksiya düşər ona ğörə ğediblər ora səmədin adi harda var orda pul var

Saxavat Mikayilov 2019-03-30 10:04:45

ABSH-dan komek ummaq sadelovlukdur ve onlar bilir ki. Azerbaycanda veziyyet necedir Korrupsaya-rushvetxorluq, budcenin nece talanmasi,dagilmasi,Polislerin insanlara qarshi zorakarligi ve s Ilk novbete Azerbaycanda qanunlari qorumaq lazimdir Bunlar bu gun mumkun deyil NIYE? Bir fakti deyim Masalli rayon polis shobesinin reisi AT oynadir ve ona gozun uste qashin var deyen yoxdur Tezlikle Amerikada chixishlarim olacaq Polis reisi haqqinda faktlari sadalaysacam Hakimiyyet bilecek ki, olke hansi veziyyetdedir

Seçici 2019-03-30 10:04:45

Bunları millət seçib ki,millət vəkili kimi gedələr ora. Allah bilir nəyə gediblər. Bunlar millət vəkilləri yox biznesmenlər,milyonerlərdirlər. Onlar üçün millət,toepaq çox önəm daşımır. Pul qazanır,bizneslərini qoruyur,böyüdürlər. Obyektləri,klinikaları,şadlıq evləri və başqa biznes obyektləri, tikinti şirkərləri. Talançı məmurlarla birləşib öz işlərindədirlər.

t.ədalət 2019-03-30 10:04:45

Nə qədər ki Rusiyanın əli bizim üstümüzdədir,ABŞ-dan dəstək almaq xülyadır.ABŞ bizimkilərin hələ də üzü Rusiyaya doğru olduğunu görür.Rusiyaya qarşı sanksiyaların sərtləşməsi,həm də bizim kimi Rusiyanın idarə etdiyi ölkələrin taleyini xilas etmək məqsədi daşıyır.

Sus-a 2019-03-30 10:04:45

ACIDA DEHSETDE OLSA HEQIQET BUDUR MILLET TALEin dusunmek mecburiyyetindedi

Sus 2019-03-30 10:04:45

Mən də ekspertin dediklərini qəbul edirəm.....Bir dostum mənə izah etdi ki,bu gün elmlər doktoru olan bir adam, sabah akademik təyin edirlər.Akademikə 2000 manat, doktora 100 manat verirlər.Məgər bir günün içidə adamın ağili 20 dəfə artdı? Məsələ orasındadır ki,həmin əldəqayırma akademikləri yığıb özlərinə əl çaldırırlar və sonra da deyirlər ki,görürüsünüz xalqın "qaymağı" bizi dəstəkləyir......

avam şofer 2019-03-30 10:04:45

Amerika sizə dəstək verməz.Cünki nəinki Amerika,bütün dünya sizə paxıllıq edir.Dəstəyi Azərbaycan xalqından almaq lazımdır cənablar.Əyər almısınızsa Amerikanın ayağına gedib baş əyməyin adı nədir?Bunun təhlükəli tərəfi Putinin qəzəbi ola bilər.

Ekspert 2019-03-30 10:04:45

Siz ora Ağ evin qabağında şəkil şəkdirməyə getmisinizsə, yaxşı görünürsünüz.Ammma iş görməyə getmisinizsə,onu açıqlayın. Ayıbdır.Utanmırsınız.Ermənilər nədən danışır,siz nə edirsiniz.Azərbaycanda üzdə olan hansı islahatlardan danışırsınız.İnsanların taleyini monopolistlərin, rüşvətxorların, korrupsionerlərin umuduna buraxmısınız.Sonra da özünüzə dəstək axtarırsınız.Dövlətin,Xalqın milyonlarını yeyənlərin başındakılara gücünüz çatmır.Bəlkə ona görə dəstək istəyirsiniz.NATO Azərbaycana gəlsin?

Son yazılar