"DİREKTOR BİZDƏN HAQQ YIĞIR, DEPUTATIN ADAMIDIR..." - Müəllimlər nazirliyin qarşısına yığışıb + FOTO/VİDEO

Siyəzən rayonunun 6 saylı məktəb-litseyinin bir qrup müəllimi Təhsil Nazirliyinin qarşısına şikayətə toplaşıb. Virtualaz.org xəbər verir ki, onlar işlədikləri məktəbdə qanunsuz olaraq “fond pulu” adı altında haqq yığılmasından, külli miqdarda dövlət əmlakının  direktor tərəfindən talanmasından şikayət edirlər. Şikayətçilər direktor Yeganə Əliyevanın heç kimə məhəl qoymamasına, müəllimlərdən pul tələb etməsinə etiraz edirlər.

Şikayətçi Elşən Məhərrəmov deyir ki, direktor məktəbdə şagirdlərdən qaz pulu alır, parta, kompüterlər uşaqlara pulla satılır: “Daxili Nəzarət Şöbəsindən məktəbimizə komissiya gələndən sonra bizə elan edilər pulumuz çox çıxıb 1000 manat pul yığıb verməlisiniz.  Bu kollektiv bezib artıq. Hər ay “fond pulu” adı ilə  50 manat pul alırlar bizdən. Elə müəllimlər var öz cibindən verir. Verməyəndə də, iclas edir, bizi təhqir edir. Qanunsuz olaraq işdən çıxarır. Dəfələlə prokurorluğa getmişik, Daxili Nəzarət Şöbəsinə şikayət etmişik, xeyri yoxdur. Direktorun arxasında Hadı Rəcəbli, başqa vəzifəlilər durur. Deyir kimə deyirsiniz deyin, heç kimdən qorxmuram. Ona havadarlıq edirlər. Əlimizdə deputat Hadı Rəcəbli ilə şəkilləri var...”

Şikayətçilər deyirlər ki, Təhsil Nazirliyinə müraciətdən sonra direktoru şiddətli töhmətlə cəzalandırıblar. Amma bu onun əməllərinin qarşılığında kiçik cəzadır.

“İyirmi ilin müəllimiyəm, 4 aydır əvəzedici müəllim kimi bu məktəbdə işləyirəm. Yoxlamadan sonra məlum olub ki, direktor məni saxta əmrlə işə götürüb. 4 aylıq maaşım verilməyib. 700 manat və min dollar pul alıb məndən, o pullar da batıb”, - deyə digər müəllim bildirir.

Şikayətçilər deyirlər ki, direktor Yeganə Əliyevanın heç ali təhsili də yoxdur. Buna baxmayaraq 9 ildir ki, məktəbə rəhbərlik edir. Uzun müddətdir ondan şikayət etmələrinə baxmayaraq artıq məktublarına rəsmi qurumlar tərəfindən cavab da verilmir.

Təhsil Nazirliyindən nümayəndə etiraz aksiyası keçirən müəllimlərdən bir neçəsini qəbul edərək bildirib ki, “burada səs-küy salmayın, sizi bir saatdan sonra dinləyəcəyik”.

Şikayətçilər məktəbdəki özbaşınalığa son qoyulmayacağı, rüşvətxor direktorun işdən azad olunmayacağı təqdirdə Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcəklərini bildiriblər. 

635x100

Şərhlər

Edalet 2019-03-30 11:09:16

Tehsildeki tesadufi insanlar ve onlarin Hadi Recebli kimi arxa-dayaqlari ne vaxtadek cemiyyetde ... edecek? Bu unsurlerin tehsil sisteminden kenashlandilmasinin ve emellerine huquqi qimet verilmesinin vaxti coxdan catib.Dovlet qurumlari edaleti berqerar etmelidir artiq bicaq sumuye dayanib.

Muelkime 2019-03-30 11:09:16

Ela ona gore de, iqtisadcini tehsil naziri qoyublar ki, "tehsil vergisi"ni de yukseltmek mumkun olsun.

Vəkil 2019-03-30 11:09:16

Çox tessuf ki Misir Merdanovdan sonra Tehsil nazirliyi dagilmaq merhelesine çatib! Misirin vaxtindada ruşvet var idi lakin iş gedirdi bunlarin zamaninda temiz dagildi o qurum yoxdur!

Coker 2019-03-30 11:09:16

Görəsən Hadi Rəcəblı 180 manata neçə gün yaşayar

EJDER 2019-03-30 11:09:16

ESAS BRAVODU.HESAB EDIREM KI,BU ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANALOQU OLMAYAN TEHSILIDI...BELE HOKUMETE... LUKAWENKO CANI

Müəlkim. 2019-03-30 11:09:16

Bütün məktəblər bax bu gündədir.Bakının Sabunçu rayonunun 187 saylı məktəbi bax eynən beledir.müəllimlēr kollektiv şikayət etməyə qorxurlat.direktor deyir mənim adamım elə bøyük adamdır ki hara istēyirsiz gedin deyin qalib mən cixacam.elə dē olur. 9 və 11 ci dinif şagirdləri 2000 manat verməzəlēr qiymētlēri düşür.müəllimlər ayda fond pulu vermēldir.mēzuniyyēt pulundan verməlidirlēr.o mēktəb bazardîr məktēb yox.bunu nazirlik dē bilir.sadēcē direkyorun adami boyuk adamdır.mēhv edēr hamini

Razim 2019-03-30 11:09:16

Hadı Rəcəbli, o direktoru müdafiə etməkdənsə, kəndin Veravulda 2 nömrəli məkktəb uşaqların və müəllimlərin üzərinə uçur, bu barədə aidiyyatı orqanlar qarşısında məsələ qaldır.

pıs-pısa 2019-03-30 11:09:16

Z.Hacı düzgün olaraq qeyd edib ki, Azərbaycanın MM-...deputatının belənçiyinə də məktəb direktoru olmalıdır.

t.ədalət 2019-03-30 11:09:16

Direktorun arxasında Hadi Rəcəbli durursa,bu başqa məsələ.Hadinin Şəkidəki "haqqhesabları"ndan kimin xəbəri yoxdur?Hadi müəllimin harda işləməsindən asılı olmayaraq,ətəyi yaş olub.....

Muallim 2019-03-30 11:09:16

Ay hadi bu mallime meslehet ver ki ruwvet yiqib pul qazanmaqdansa iwden sonra gedib isbendiyarin tikinti wirketinde daw qaldirsin danaaa

müəllim 2019-03-30 11:09:16

Guya digər məktəblər bundan yaxşıdıRayonlarda biabırçılıqdır.Nazirlik isə belə işlərə rəvac verir.Niyə?

Vətəndaş 2019-03-30 11:09:16

Hadi bəy.Lənkəranda işsizlık.narkomanıya tuğyan edir.siz nə fikirləşirsiz.siz necə komissiya sədrisiz kı.seçiciləriniz səfalət içində yaşayır.iran olmasa insanlar daha pis vəziyyətə duşurlər

Son yazılar