"ABŞ Venesuelada xarici hərbçilərin iştirakına dözməyəcək" - Bolton

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, Ağ Ev Venesuelada üçüncü ölkələrin hərbi güclərinin yerləşdirilməsini təxribat və bölgənin təhlükəsizliyinə təhlükə kimi qiymətləndirir. Venesuelaya Rusiya təyyarələrinin gəlməsi barədə xəbərə Ağ ev belə reaksiya verib.

«Biz, Qərb yarımkürəsinin sərhədləri xaricində yerləşən tərəfləri hərbi qüvvələrini hərbi əməliyyatlar aparmaq məqsədilə Venesuelada və ya yarımkürənin digər hissələrində yerləşdirməkdən çəkinməyi qəti şəkildə tələb edirik» - Boltonun bəyanatında deyilir.

Boltonun sözlərinə görə, ABŞ Venesuela prezidenti Nikolas Maduronun fəaliyyətini pisləyir, çünki onun fəaliyyəti «hakimiyyətdə qalmaq üçün xarici hərbi qulluqçuları ölkəyə cəlb edir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar