Gürcüstanın müxalifət partiyası azərbaycanlı üzvünün saxlanılmasını təxribat adlandırıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) Marneuli rayon bələdiyyə məclisinin üzvü Rəhim Əsgərovun saxlanılmasını təxribat adlandırıb.“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə VMHP-nin liderlərindən biri Zurab Melikişvili bu gün keçirdiyi xüsusi brifinqdə bildirib.O, hökuməti müxalif partiyaya qarşı təxribat təşkil etməkdə ittiham edib: “Rəhim Əsgərov kimisə işə düzəltmək səlahiyyətinə malik olmayıb. Buna görə də onun bu məqsədlə rüşvət alması mümkün deyil”.

Z.Melikişvilinin sözlərinə görə, R.Əsgərovun saxlanılması ilə hökumət opponentlərini təqib etməklə müxalifətçilərin sayının azaldılması məqsədini güdür.

Qeyd edək ki, Marneuli rayon bələdiyyəsinin üzvü R.Əsgərov martın 28-də 3 000 lari (1 113 dollar) məbləğində rüşvət alma faktı ilə bağlı saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi açılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. R.Əsgərov VMHP-nin üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar