"Shamkir Chess": Teymur Rəcəbov ilk turda dünya çempionu ilə qarşılaşacaq

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinin püşkü atılıb. "Report"un məlumatına görə, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişuka rəqib olub.

İlk turun cütlükləri:

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)

Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)

Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar