Türkiyədə “sükut günü” başlayıb

Dərc olunub: 30/03/2019 - 21:34

635c9f8f21855d8Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı “sükut günü” başlayıb.

ONA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə qanunvericiliyinə əsasən bu gün yerli vaxtla 18:00-dan sabah axşam 21:00-dək ölkədə təbliğatın aparılmasına qadağa qoyulub. Qanun həmçinin televiziya kanallarında və radio stansiyalarda, çap və internet nəşrlərində seçkiqabağı təbliğat aparmağın qadağasını nəzərdə tutur.

Bildirilir ki, həmçinin qanunvericiliyə əsasən seçki günü 06:00-dan 24:00-dək alkoqollu içkilərin satışına və internet klubların və çayxanaların fəaliyyətinə icazə verilmir.

Qeyd edək ki, Türkiyədə sabah baş tutacaq bələdiyyə seçkilərində 12 siyasi partiyanın namizədləri, həmçinin müstəqil namizədlər iştirak edəcək.








loading...


Fikrinizi bildirin