Bayram Məmmədov yenidən həbs edilib

Dərc olunub: 30/03/2019 - 21:40

bayramPrezident İlham Əliyevin sonuncu әfv sәrәncamı ilә azadlığa çıxan, hüquq müdaifəçiləri tərəfindən siyasi mәhbus kimi tanınan Bayram Mәmmәdov martın 30-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutka inizibati həbsə məhkum edilib.

Bu barədə Turana Bayram Məmmədovun atası Fərman Bayramov məlumat verib.

“Bu gün, martın 30-da sahə müəvkkili evimizə gəldi ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırılır. Bayram və mən birlikdə 12-ci Polis Bölməsinə getdik. Oradan Bayramı Sabunçu rayon Polis İdarəsinə apardılar. Sonra isə onu Sabunçu rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutka inzibati həbsə məhkum ediblər”, – Fərman Bayramov qeyd edib.

Bayram Məmmədov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. O hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus, Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb. Məmmədov insanlar arasında “heykəl məhbusu” kimi də tanınır.

Belə ki, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıb. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bildiriblər.








loading...


Fikrinizi bildirin