Nazirlər Kabineti bəzi sənədlərin məxfiliyini açdı

Dərc olunub: 30/03/2019 - 22:17

278464_res_01Nazirlər Kabineti “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 2006-cı il 15 sentyabr tarixli 212-23 nömrəli, “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 139-8 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin siyahısı”nda dəyişiklik edilməsi barədə” 2016-cı il 24 may tarixli 199-9 nömrəli qərarlarının məxfiliyinin açılması və “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə” Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 418 nömrəli qərarında dəyişikliklər edib. Virtualaz.org bildirir ki, bununda bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərar Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən imzalanıb.

Qərara əsasən, Nazirlər Kabinetinin “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə” 2006-cı il 15 sentyabr tarixli 212-23 nömrəli, “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 139-8 nömrəli və “Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin siyahısı”nda dəyişiklik edilməsi barədə” 2016-cı il 24 may tarixli 199-9 nömrəli qərarlarının məxfiliyi açılıb.

Bununla yanaşı, “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000- ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə” Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 418 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1946) adına və mətninə “Əməliyyat-axtarış” sözlərindən sonra “fəaliyyəti” sözü əlavə edilib.








loading...


Fikrinizi bildirin