Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO

Binəqədi rayonunda yol polislərinə tabe olmayaraq, avtoxuliqanlıq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 29-da Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı baş verib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Anar Xəlilov əvvəlcə yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə başlayıb. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb.

Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küçələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Bu sürücü barəsində toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs olunub və o, bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar