Sumqayıtda 56 yaşlı kişi itkin düşüb - FOTO

Sumqayıtda 56 yaşlı kişi itkin düşüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 2017-ci ildə baş verib.

Şəhər sakini 1963-cü il təvəllüdlü Salmanov Salman Naib oğlu yaşadığı 42-ci məhəllə Yataqxana 16, otaq 38-dən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən çıxmamışdan əvvəl özü ilə şəxsiyyət vəsiqəsini götürüb.

Onun boyu təxminən 160-165 sm, orta bədən qurluşlu, dərisinin rəngi qara, gözlərinin rəngi qəhvəyi, ağ rəngli sıx saçlı, yumuru sifət qurluşludur. Sol ayağının bud və baldır nahiyəsində yanıq izi var.

Evdən çıxarkən, əynində mavi rəngli qısa qol parça köynək, göy rəngli cins şalvar, qara rəngli idman ayaqqabısı olub.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsində təhqiqat işləri aparılır.

S.Salmanov barədə məlumatı olan şəxslərlərdən (018) 65-4-02-02 ; 64-2-03-65 ;(050) 989-78-68 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar