İki pumanın hücumuna məruz qalan uşaq sağ qaldı

Kanadanın Vankuver adasında iki vəhşi puma azyaşlı uşağa hücum edib."Report" xəbər verir ki, bu barədə "CTV" məlumat yayıb. Qeyd olunub ki, hadisə Leyk-Koviçan şəhərində baş verib. Belə ki, adanın parkında 4 yaşlı uşağa iki puma hücum edib. Uşaq baş, boyun və əl nahiyəsindən ciddi xəsarət alıb.

O, dərahl helikopterlə xəstəxanaya aparılıb. Təbiətin mühafizəsi üzrə məsul şəxslər hadisə baş verən əraziyə baş çəkib və iki zəif pumanı aşkar ediblər. Bildirilib ki, pumalar ac olduqlarına görə uşağa hücum edib. Hər iki puma güllələnərək öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar