Rusiya Ermənistanda hərbi təlim keçirəcək

Rusiya təyyarəçiləri Ermənistanın Baqramyan poliqonunda aprelin 1-dən 14-dək əməliyyat-taktiki təlimi keçirəcəklər.

Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə iştirak edəcək “MiQ-29” qırıcıları Rusiyanın Ermənistandakı Erebuni aviasiya hərbi bazasının ehtiyat aerodromuna yerləşdirilib.

Təlimdə 20-yə yaxın “MiQ-29” qırıcı, 200-dən çox hərbçi və mühəndis-texniki heyət iştirak edəcək.

“Report” bildirir ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə ikitərəfli təlimin keçirilməsi də nəzərdə tutulub.

635x100

Şərhlər

Azərbaycanlıl 2019-03-31 00:27:58

Rusiyanın Ermənistanla hərbi cəhətdən belə yaxın (müttəfiq ) olması,orada hərbi bazasının olması,ermənilərlə birgə hərbi təlimlər keçirməsi, ATƏT-in missiyasında Rusiyanın həmsədrliyi Azərbaycana nə vəd edə bilər? Bunu düşünən varmı? Nə üçün bu məsələ qabardılmır? Bu onu təsdiq etmirmi ki,Rusiya Ermənistanı dəstəkləyəcək.Fransa da onun kimi.Belə halda Azərbaycanın tək buraxıldığıhiss olunmur? Ona görə danışıqlar 25 ildir boş,nəticəsiz edilir,zaman və torpaqlar itirilir.

Son yazılar