Ərdoğan 5 iri şəhərdən 4-də uduzacaq? - Sorğunun nəticələri

Məlum olduğu kimi, sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək.

İndidən isə gözlər Türkiyənin iri şəhərlərinə – Ankara, İstanbul, İzmir, Bursa və Antalyaya yönəlib.

Strateq.az xəbər verir ki, bu şəhərlərdə Ərdoğan-Baxçalı birliyi (Cumhur ittifaqı) ilə Kılıçdaroğlu-Akşenerin ittifaqı (“Millət”) arasında çox gərgin rəqabət gedəcəyi gözlənilir.

Türkiyə mətbuatının məlumatına görə, adıçəkilən şəhərlərdə “Mediar” Araşdırma Mərkəzi 11 gün sosioloji sorğu aparıb.

Aydın olub ki, 5 iri şəhərin 4-də Ərdoğanla Baxçalının ittifaqı məğlub olur, yalnız bir şəhərdə – İstanbulda qələbə qazana bilirlər: “Sorğunun nəticələrinə görə, İstanbulda “Cumhur” İttifaqının namizədi Binəli Yıldırım səslərin 46.12 faizini qazanacaq. Onun əsas rəqibi olan “Millət”in namizədi Əkrəm İmamoğlu isə səslərin 43.36 faizini götürəcək. İstanbulda seçicilərin 9.42 faizi isə kimə səs verəcəyini hələ müəyyənləşdirmədiyini deyib”.

Şirkətin açıqlamasına görə, paytaxt Ankarada isə vəziyyət fərqlidir. Belə ki, “Cumhur”un namizədi  Mehmet Özhaseki 42.86 faiz səslə “Millət”in namizədi Mənsur Yavaşa uduzacaq. Anketlərə görə Yavaşın 45.06 faiz səs alacağı gözlənilir.

İzmirdə də “Millət”in böyük üstünlüklə qələbə qazanacağı iddia olunur. Sorğunun nəticələrinə əsasən, bu şəhərdə “Millət”in namizədi 56.20 faiz səslə 37.96 faiz səs alması gözlənilən “Cumhur”un namizədini məğlub edəcək.

Bursa da “Millət”in namizədinin 45.13 faiz səslə qalib olacağı bildirilib.

Ankara, izmir və Bursa ilə yanaşı, xarici işlər naziri Mövlud Çavuşoğlunun doğulduğu Antalyada da Ərdoğanın namizədinin uduzacağı qeyd edilib. Sorğunun nəticələrinə görə, Antalya seçicilərinin 45.52 faizi “Millət”ə, 44.92 faizi isə “Cumhur” İttifaqına səs verəcək.

635x100

Şərhlər

yalçın 2019-03-31 00:52:02

keçmişdə qalmış osmanlı deyil, çağdaş və gələcək yönümlü türkiyə qalib gəlsə yaxşıdır məncə..

Əlövsət Becanoğlu 2019-03-31 00:52:02

Cümhur ittifaqı İzmirdə xal itirəcək,qalan İstanbul və Ankarada udacaq,Türkiye gənəlində isə qalib olacaq.

махмудов елман 2019-03-31 00:52:02

Bu namalumatdi sevinirsiniz

Son yazılar