Ərdoğan bələdiyyə seçkilərində səs verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərində səs verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, dövlət başçısı İstabulun Üsküdar rayonunda Səffət Çebi adına ibtidai məktəbdə səs verib.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə 13 partiya iştirak edir.

Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıblar.

Daha əvvəl Prezident Ərdoğan keçmiş iqtisadiyyat nazir Nihat Zeybekçinin namizədliyini İzmir bələdiyyə başçısı, Binəli Yıldırımın namizədliyini isə İstanbul bələdiyyə başçısı postuna irəli sürüb.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar