Bakıda qardaş qardaşı güllələyərək öldürdü

Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

ONA-nın məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zağrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

635x100

Şərhlər

Bashirov Qarib 2019-03-31 19:35:48

gunah öləndə olar.Öz tituluna arxayın olub,qardaşının haqqını yagmalamaq istəyib və böyuk fəlakətə yol açıb.Bu böyuk faciədir .Allah rəhmət etsin.

Son yazılar