13 saylı həbsxanada məhbusları çarmıxa çəkiblər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Qaradağ rayon Puta qəsəbəsində yerləşən 13 saylı həbsxanasında məhbusların incidilməsi barədə virtualaz.org-a həmin məhbuslar Fətulla Əlimədətovla Şamo Cəfərovun qohumları xəbər veriblər.

Onların sözlərinə görə, qəsdən adam öldürməyə görə cəza çəkən Fətulla Əlimədətov və quldurluq ittihamı ilə həbs edilən Şamo Cəfərov döyülüblər və sonradan onları cərimə təcridxanasına salıblar.

"Onlar hazırda çarmıxa çəkilmiş vəziyyətdədir, onları incidirlər", - deyə adının açıqlanmasını istəməyən məhbus yaxını deyib.

Bildirilir ki, buna səbəb məhbusların rejim pozuntusudur.

"Onlar barakda say yoxlamasından sonra çay içiblər. Buna görə də, həbsxana rəhbərliyi tərəfindən belə cəzalandırılıblar", - məhbusun qohumu deyib.

635x100

Şərhlər

Lğdalət-ə 2019-03-31 21:58:42

Cinayətkar peygəmbər deyil ki,onu İsa peyğəmbər kimi çarmıxa çəkirlər.Adam cinayət edib,cəzasını məhkəmə verib,o da həbsxanaya yerləşdirilib.Yox əgər həbsxanada olduğu zaman o hansısa bir cinayət törədərsə,cəza müəssisəsi o barədə məhkəməyə müraciət etməli və onun cəzasını məhkəmə təyin etməlidir.Cəza çəkmə müəssisəsi cəzalandırma müəssisəsi deyil.Bütün islah işləri məhkəmə tərəfindən müəyyən olunmalıdır.Qanuni dövlətlərdə belə olmalıdır.Əgər belə hal Cəza çəkmə müəssisəsində baş verirsə bu qanuni sayılmaz

t.ədalət 2019-03-31 21:58:42

Qəsdən adam öldürən üçün həbsxanada sanatoriya açmaq lazımdır?Əlbəttə,onlar törətdikləri cinayətə görə cəza da,çarmıx da görməlidirlər ki,digərləri üçün dərs olsun.

Son yazılar