GÜNÜN RƏZALƏTİ: Soyqırım günü “Space”-də şıdırğı konsert - VİDEO

Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günüdür.

"AzPolitika" bizimyol.info-ya istinadla məlumat verir ki bu münasibətlə bütün kanallar əyləncəli verilişləri yığışdırsa da, “Space” kanalı əksinə, “Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirib.

Vətəndaşlar isə buna etiraz edərək sosial şəbəkələrdə kanal rəhbərliyini, həmin verilişdə iştirak edən müğənniləri tənqid edib.

Məsələ ilə bağlı açıqlama verən “Space” telekanalının vitse prezidenti Kamil Şahverdiyev telekanalın yayımında dəyişiklik etdiklərini, insanların əhval ruhiyyəsini qaldırmaq istədiklərini bildirib.

“Proqram bügünə uyğun hazırlanmışdı.Veriliş canlı olmayıb, əvvəlcədən çəkilmişdi. Bu gün üçün çəkilmiş proqram idi. Müğənnilər oxudular, biz düşündük ki, bu günü ağlaşma üzərində də qurmaq olmaz.Bir az millətin ruhunu qaldırmaq lazımdır.”

635x100

Şərhlər

vidadi goyce 2019-03-31 22:42:05

metamorfoza

Tamaşaçı 2019-03-31 22:42:05

Bu yalnız erməni qanı olan qarışıqların və ya pasportunu (ad və soyadını ) dəyişmiş içərilərimizə soxulmu ermənilərin işi ola bilər.Çəkilişin nə vaxt çəkilməsinin mənası yoxdur,əsas onun nə zaman efirə çıxarılmasıdır. Odur ki, televiziyalar təmizlənməli,proqram və verilişlərin səviyyəsi günün tələblərinə cavab verməlidir.Bir-birini təkrarlayan verilişlərlə televiziya kanallarını artırmaq mənasız bir işdir.

t.ədalət 2019-03-31 22:42:05

Telekanal rəhbərliyinin kökünü araşdırmaq lazımdır.Şərhindən erməni iyi gəlir."Soyqırım günü əhalinin kefini qaldırmaq istəyi",ancaq ermənilərlə qanı bulaşıqların istəyi ola bilər.Yazıq Azərbaycan!ermənilər qondarma "soyqırım" düzüb-qoşur,həmin günü,az qala bütün dünyanı hüzünlü olmağa məcbur etmək istəyir.Bizimkilər isə..

Mirzə AĞ 2019-03-31 22:42:05

Qurbanəli bəy: "Malades sobak!"

Son yazılar